Cümə , Aprel 26 2024
Ana səhifə / Siyasət / Fəaliyyətini dayandıran partiyaların sayı açıqlandı (SİYAHI)

Fəaliyyətini dayandıran partiyaların sayı açıqlandı (SİYAHI)

Mart ayı ərzində Azərbaycanda qeydiyyatda olan 6 siyasi partiya öz fəaliyyətinə xitam verib. 
Azərbaycan Naminə Alyans Partiyası (ANAP) martın 2-də, Azərbaycan Təkamül Partiyası (ATP) və Birlik Partiyası (BP) martın 9-da, Milli Vəhdət Partiyası (MVP) martın 13-də, Azərbaycan Azad Respublikaçılar Partiyası (AARP) matın 14-də, Azərbaycan Sosial Rifah Partiyası (ASRP) martın 24-də fəaliyyətini dayandırıb. Aprel ayında bu siyahının artacağı gözlənilir. 
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanunun tələblərində Azərbaycanda fəaliyyət göstərən partiyarın yenidən qeydiyyatdan keçməsi tələbləri yer alıb. Məhz bu səbəbdən partiyaların hər birinə 6 ay vaxt verilib. İyul ayına kimi 5 min üzvü olmayan partiyaların fəaliyyətinə xitam veriləcək. 

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …