Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Eynulla Fətullayevin yeni filmi: “Ölümə səfər”

Eynulla Fətullayevin yeni filmi: “Ölümə səfər”

Xəbər verdiyimiz kimi, virtualaz.org və haqqin.az saytlarının rəhbəri, araşdırmaçı jurnalist Eynulla Fətullayev çəkiliş qrupu ilə birlikdə Yaxın Şərqdən olan on minlərlə qaçqının keçdiyi əzablı yolları qət edib: Frankfurt, Berlin, Drezden, Hegelşalom, Avstriya-Macarıstan sərhədi, Palermo, Lampiduza adası, La-Manş, Kale şəhəri…

Doğma ev-eşiyini itirən on minlərlə insan Avropa küçələrində və vağzallarında, düşərgə və həbsxanalarında özlərinə sığınacaq və xilas yolu axtarır. Hər yerdə də əzab, göz yaşları, itki və köməyə çağırış…

E.Fətullayev iki həftə ərzində həmin qaçqınların çəkdikləri məşəqqətlər və Avropa ölkələrinin hökumətləri tərəfindən onlara münasibətdə qeyri-insani rəftarla bağlı yüzlərlə fakt və şahid ifadələri toplayıb…

“Böyük köç”ün xronikası Eynulla Fətullayevin “Ölümə səfər” filmində.

Filmi bu gün, noyabrın 24-də saat 21:40-da ATV kanalında izləyin…

 

Həmçinin oxuyun

“G7” ölkələrindən Bakı və Yerevana çağırış

“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …

Bir cavab yazın