Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Evi yandırılan sabiq icra başçısı təzə işə DÜZƏLİB

Evi yandırılan sabiq icra başçısı təzə işə DÜZƏLİB

Əhalinin üsyanı nəticəsində vəzifədən getmiş Qubanın sabiq icra başçısı Rauf Həbibov bu günlərdə el arasına çıxıb.

Azinforum.az BakiPost.az-a istinadən xəbər verir ki, 2012-ci ildə evi yandırılan, rayondan qovulan keçmiş başçı Bakının Əmircan kəndində keçirilən yas mərasimində iştirak edib.

R.Həbibovun doğma bacısının yas məclisinə gəldiyi və qohumları ilə görüşdüyü xəbər verilir. Məlum hadisələrdən sonra hücrəsinə çəkilən eks-başçı qohum-əqrəbası ilə də mütəmadi əlaqə saxlamırmış.

Lakin bacısının vəfatı ilə əlaqədar həm dəfn mərasimində, həm hüzrdə iştirak edib. Bacısının rəhmətə getməsinə qədər isə qohumlardan heç kəslə əlaqəsi olmayıb.

Məlumatda deyilir ki, R.Həbibov Qubaya rəhbərlik etdiyi dövrdə də qohumları ilə sıx təması olmayıb. Həmin olaylar isə onu yaxınlarından daha da uzaqlaşdırıb.

Sabiq icra başçısının vəzifədən kənarlaşdırılmasından sonra uzun müddət işsiz qaldığı, lakin ötən ildən Heydər Əliyev adına Dərin Dəniz Özülləri zavodunda işlə təmin olunduğu bildirilir.

Xatırladaq ki, R.Həbibov 1 aprel 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb.

1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, “Günəş” kiçik müəssisəsinin direktoru, “Müstəqil Balbelan” müəssisəsinin direktor müavini vəzifələrində işləyib.

1 oktyabr 2007-ci ildə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2012-ci il fevralın sonlarında R.Həbibovun internetdə yayılan video-çıxışına etiraz olaraq mart ayının 1-də Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirilib.

Həmin videoda RİH başçısı qubalıların ünvanına bir sıra təhqirlər səsləndirib. 2 mart 2012-ci ildə vəzifəsindən azad edilib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın