Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ev dustaqlığında olan xanım general: “Yalan məlumatlar…” (Yenilənib) FOTO

Ev dustaqlığında olan xanım general: “Yalan məlumatlar…” (Yenilənib) FOTO

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin zabitlərinin məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.

Günün ikinci yarısında keçirilən prosesdə general Sübahir Qurbanovun vəkillərinin vəsatətləri təmin edilməyib.

Məhkəmə baxışa verildiyi elan olunub. Növbəti proses fevralın 28-nə təyin edilib.

Prosesdən sonra təqisrləndirilən general N.Mürvətova jurnalistlərə açıqlama vermək istəmədiyini bildirib. Ev dustaqlığında olan MTN generalı mətbuatda onun haqda yalan məlumatlar yazılmasına da etiraz edib.

“Mənim adımdan yalan və haqsız məlumatlar yazılmasını istəmirəm”- deyə o qısa olaraq açıqlamasında deyib.

dd62d8b5-deac-4255-9f2b-c5de48c1206f.jpg (73 KB)

*****

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, cinayət işi Bakı Hərbi Məhkəməsinin sədri hakim Həbib Həsənovun sədrlik etdiyi kollegiyada Sabunçu rayon Məhkəməsində araşdırılır.

Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Jurnalistlərə açıqlama verən Fizuli Əliyevin vəkili İlham Əsədov deyib ki, istintaq zamanı Fizuli Əliyevin babasına məxsus evə, ona adiyyatı olmayan qohumlarına məxsus evlərə həbs qoyulub.

Vəkil bu səbəbdən cinayət işinin istintaqa qaytarılması, bəzi sübutların sübutlar siyahısından çıxarılması barədə vəsatətlər verdiklərini söyləyib.

Digər vəsatət isə Sübahir Qurbanovun məcburi müalicəyə göndərilməsi barədə olub.

Vəkilləri Sübahir Qurbanovun səhhətində problem olduğunu deyir. Məhkəmə vəsatətləri baxılmamış saxlayıb.

Proses fasilədən sonra davam edəcək.

İttihama görə, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri – Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun 2004-2015-ci illər ərzində mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvləri sahibkarlara psixi və fiziki zorakılıq göstərməkdə, sərbəst buraxılmaları müqabilində həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə külli miqdarda pul tələb etmədə ittiham edilirlər.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın