Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Etibar Məmmədov: “Seçkilər keçirilməlidir“

Etibar Məmmədov: “Seçkilər keçirilməlidir“


“Mətbuatın fəaliyyəti dövlət qurumları tərəfindən ciddi nəzərə alınmalı, sayt, telekanal və qəzetlərin neqativ hallar barədə verdiyi siqnallar yoxlanılmalıdır”.

Bunu AMİP lideri Etibar Məmmədov deyib.

“İctimai nəzarətin bir neçə forması var; mətbuat və seçkili orqanlar vasitəsi ilə, inzibati qaydada. Bunun üçün seçkili orqanlar da normal işini bərpa etməlidir. Yəni seçkilər keçirilməlidir. Yeni özünüidarə qurumları həmin icra strukturlarına nəzarət etməlidir, icra strukturları da onların qarşısında hesabatlı olmalıdır”.  

Fikrinin davamında Etibar MƏmmədov əlavə edib: 

“Mətbuata tam azadlıq verilməlidir və mətbuatın da fəaliyyəti qanun çərçivəsində bu işlərə nəzarətə imkan yaratmalıdır. Ən əsası da mətbuatın fəaliyyəti dövlət qurumları tərəfindən ciddi şəkildə nəzərə alınmalı, sayt, telekanal və qəzetlərin neqativ hallar barədə verdiyi siqnallar yoxlanılmalıdır. Təəssüf ki, çox zaman yerlərdə mətbuat nə danışır-danışsın, buna fikir verən yoxdur. İnsanların, vətəndaşların şikayət məktubları isə yenidən şikayət edənlərin özlərinə qaytarılır…”

Partiya lideri parlament nəzarətinin də xüsusi rolunu qeyd edib: 

“Seçkili orqanların nəzarətinə gəldikdə, parlament nəzarəti bərpa olunmalıdır. Yəni hökumət parlamentə əsl mənada hesabatlı olmalıdır. İctimai nəzarət məhz bu şəkildə effektiv həyata keçirilə bilər. Yalnız şikayətlər əsasında real ictimai nəzarət yaratmaq mümkün deyil”. Moderator.az

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …