Ana səhifə / Siyasət / “Etdikləri özbaşnalıqlara görə bir gün mütləq cavab verməli olacaqlar” – Məmurlar hədəfdə

“Etdikləri özbaşnalıqlara görə bir gün mütləq cavab verməli olacaqlar” – Məmurlar hədəfdə

“Bu gün Azərbaycanda və ölkəmizdən kənarda İlham Əliyevin əleyhinə böyük kampaniya təşkil olunub.”
Bunu Moderator.az -a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədrinin sözlərinə görə, bu qüvvələri ölkə daxilində olan şəxslər idarə edir:
“ABŞ dövlət departamentinin yaydığı son hesabat ökəmizə ciddi siqnal olmalıdır. Kimlərsə Azərbaycanın və Qərb dünyasının arasını vurmaq üçün bütün qüvvəsini səfərbər edib. Saxtakar məmurlar hazırda ölkədə qiymət artımı üçün zəmin yaradırlar. Belə şeylərin qarşısını almaq üçün Azərbaycanda xalqımızın birliyinə ehtiyac var. Əvvəl Qardaşıma qarşı gizili formada fəaliyyət göstərən məmurlar var idi. İndi bu adamlar birləşərək sabotojla məşğul olurlar. Biz Ziya Məmmədovun korrupsiyası barədə çox danışırdıq və o, işindən azad olundu. Amma Ziya Məmmədov dinc durmur. Məndə olan məlumata prezident İlham Əliyevə qarşı Qərbdə təşkil olunan aksiyaılara Ziya Məmmədovun oğlu Anar Məmmədov kurasiya edir. Biz Müasir Müsavat Partiyası olaraq Qərbdə ölkəmizə qarşı mitinqlərə qatılan insanlarla əlaqə quraraq tutduqları yollarından geri çəkilmələrini istədik. Onlar bildirdilər ki, bu işin müqabilində Anar Məmmədovdan pul alırlar. Məhz buna görə də, mitinqlərə qatılırlar. Anar Məmmədovun qaynatası da hazırda vəzifədədir və açıq formada İlham Əliyevə xəyanət edir. Anar Məmmədovun Azərbaycandan 52 milyon oğurlaması ilə bağlı məlumatlar yayıldı. O, bu pulları Avropaya çıxararaq ölkəmizə qarşı təşkil olunan mitinq və aksiyalarda istifadə edir. Belə məmurlar ölkəmizdə çoxdur, mən onların hamısına müraciət edirəm. Vicdanınız olsun, kişiliyiniz olsun, İlham Əliyev xalqımız üçün böyük işlər görür. Siz isə onun gördüyü işlərə ləkə, kölgə salmaqla məşğulsunuz. Bu xalqın qəzəbindən qorxun, insanların haqqını yeyən bütün məmurlar bilməlidir ki, gec ya da tez etdikləri özbaşnalıqlara görə bir gün mütləq cavab verməli olacaqlar”.

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın