Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Ermənistanın Qarabağa üçüncü yol çəkilir – ŞƏRH

Ermənistanın Qarabağa üçüncü yol çəkilir – ŞƏRH

İşğalçı Ermənistan həyasızcasına Qarabağ torpaqlarında qanunsuz məskunlaşma siyasətini davam etdirir. Məlumata görə, ermənilər işğal altında saxladıqları Dağlıq Qarabağ torpaqlarında qanunsuz tikinti işlərini davam etdirir. Ermənistan mediasının yaydığı məlumata görə, Qarabağdakı yerli separatçı rejimin və “Kaşataq” fondunun maliyyə yardımı ilə Qubadlının Xanlıq kəndində 50 yaşayış evinin tikintisi gedir. Paralel olaraq, Həkəri çayı üzərində körpünün tikilməsi, 10 hektar sahədə meyvə bağlarının salınması, həmçinin, donuz və quş fermalarının inşası nəzərdə tutulur.

Modern.az-ın yaydığı digər məlumata görə, Ermənistan hakimiyyəti işğal altındakı Qarabağ torpaqlarına üçüncü yolu çəkməyi planlaşdırır. Zod aşırımını Kəlbəcərin rayon mərkəzi ilə birləşdirəcək tikinti işləri bu ilin yayında başlayacaq. Yol Ermənistanın Qeqrkunik vilayətinin Zod kəndindən Kəlbəcər rayonun mərkəzinə qədər 26 kilometr məsafəni əhatə edəcək və 2019-cu ilin əvvəlində istifadəyə veriləcək. Qeyd edək ki, Ermənistanı işğal altındakı Qarabağ torpaqları ilə Gorus-Xankəndi və Vardenis-Ağdərə yolları birləşdirir. Üstəlik, xəbər var ki, Göyçə-Kəlbəcər-Ağdərə yolu boyu bir neçə yerdə ictimai-iaşə obyekti tikiləcək. Bununla bağlı geniş plan hazırlanıb.

Картинки по запросу дорога на карабах кельбаджар

Politoloq Arzu Nağıyev də “Yeni Müsavat”a bildirdi ki, son vaxtlar erməni kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ ərazisində qondarma qurumun tikinti və digər işlər aparılması ilə bağlı çoxsaylı yazılar çap olunur: “Bunun bir neçə səbəbi var. Birincisi, erməni lobbisinin “Hayastan” fondu adlanan qurumu guya külli miqdarda maliyyə vəsaiti ayırır və bu işlər aparılır. Lakin bu deyilən miqyasda da deyil. Çünki belə olsa idi iqtisadiyyat bu qədər tənəzzülə uğramazdı və əhali acınacaqlı vəziyyətdə yaşamazdı. Deməli, ya külli miqdarda vəsait mənimsənilir, ya da ki, hesabat naminə guya ki, dinc quruculuq işləri aparılır. İqtisadi baxımdan bu belə görünür. Siyasi tərəfdən isə qondarma qurumu bir müstəqil dövlət kimi göstərməyə çalışırlar və bunun də səbəbi münaqişə ilə bağlı danışıqlarda üçüncü tərəf kimi ortaya çıxarmaq imkanı yarartsınlar. Baxmayaraq ki, Xankəndi hava limanı yaradıldı, guya beynəlxalq uçuşalar həyata keçməli idi, amma uçuşlar yoxdur, olmayacaq da, çünki Azərbaycan öz hava məkanında buna imkan verməyəcək”.

Картинки по запросу arzu nağıyev

A.Nağıyev qeyd etdi ki, tikinti aparılan ərazilər də əsasən işğal olunan rayonlar deyil, çünki özləri də bunun perspektivinə inanmırlar, əsas məqam odur ki, özlərinin varlığını nümayiş etdirsinlər: “Son vaxtlar beynəlxalq səviyyədə bütün ikili standartlara baxmayaraq, Azərbaycan tərəfinin beynəlxalq hüquq və normalara istinad edərək işğal olunan ərazilərdə fəaliyyət göstərən bir sıra xarici şirkətlərə və iş adamlarına etdiyi təsir müəyyən qədər öz bəhrəsini verir. Lakin buna rəğmən, ATƏT səviyyəsində təşkilatların təsir mexanizmi hiss olunmur. Əgər Rusiya faktoruna görə təzyiq və sanksiyalar Abxaziya və Cənubi Osetiyada daha çox hiss olunursa, Qarabağa münasibət başqadır. Yəni Qərb həmin separatçı bölgələrlə bağlı öz siyasətini yeridir. Deməli, bu təzyiqin daha da güclənməsinə nail olmalı və Dağliq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT qətnamələrinin icra mexanizminin yaradılması üçün təzyiqləri artırmalı və bu istiqamətində hərbi güc nümayişi də daxil olmaqla, bütün təsir mexanizmlərindən istifadə etmək lazımdır”.

Bu günlərdə Serj Sərkisyanın Azərbaycana qarşı növbəti “hədə” bəyanatı ilə çıxış etməsi, Ermənistan xarici işlər nazirliyində diplomatik korpusun nümayəndələri ilə görüş zamanı Azərbaycanın işi müharibəyə götürməsi halında Ermənistanın əlində olan hərbi arsenaldan tam istifadə edəcəyini bildirməsi ermənilər arasında eyforiya yaradıb. Erməni politoloq Levon Şirinyan Serj Sərksiyanın bəyanatını Azərbaycana qarşı hücum siyasətinin başlanğıcı kimi qiymətləndirib. Şirinyan bu bəyanata yalnız Dağlıq Qarabağ ətrafında gedən hadisələrin inkişafı çərçivəsində deyil, həm də Ermənistanın Rusiya və Qərblə yeni, daha geniş xarici siyasət kontekstində yanaşır. Levon Şirinyanın fikrincə, Serj Sərkisyan bütün dünyaya səslənməklə rəsmi İrəvanın problemin həllində təkcə Rusiyaya güvənmədiyini, göstərmək istəyib. “Görünür Ermənistan apreldən sonra Rusiyaya artıq əvvəlki kimi bel bağlamır”, – Şirinyan bildirib. Levon Şirinyan bu mərhələdə yeganə effektiv taktikanın Azərbaycana qarşı geniş miqyaslı hücum başlatmaq olduğunu düşündüyünü söyləyib. Onun düşüncəsinə görə, Ermənistan ordusu iki istiqamət üzrə zərbə vuracaq: “Zərbələr Yevlax və Sabirabada endiriləcək. Yevlax kommunikasiyaları kəsmək, Sabirabad isə talışları ayağa qaldırmaq (?!) üçündür”.
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Movses Akopyan isə həyasızcasına Azərbaycanı müharibə ritorikasını davam etdirməkdə günahlandırıb. O, bu mənada Azərbaycan prezidentinin İrəvan və Zəngəzuru qaytarmaqla bağlı səsləndirdiyi bəyanata diqqət çəkib. İddia edib ki, azərbaycanlılar Şuşada çay içəcəklərini, Sevanda balıq yeyəcəklərini desələr də, bunlar arzu olaraq qalacaq. Ancaq erməni general öz dediklərinə nə qədər əmindir, bunu bilməkdən ötrü aprel döyüşlərində düşmənin necə sarsıldığını xatırlatmaq lazım gəlir. Ancaq indiki halda Ermənistanın qanunsuz məskunlaşmanı davam etdirməsi, üstəlik, Qarabağ separatçılarının “xarici işlər naziri”nin Avropa Parlamentində görüşlər keçirməsi ondan xəbər verir ki, işğalçı beynəlxalq aləmin ikili standartlarından sui-istifadə edərək qanunsuzluqlarını leqallaşdırmaq üçün paralel iş aparır, özünə dəstək qazanmağa çalışır.

QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, ermənilərin bu cür hərəkətlərinin qarşısını almağın əsas yolu müharibəni başlayıb torpaqları azad etməkdir:

Картинки по запросу akif nağı

“Amma nə qədər ki, torpaqlar azad olunmayıb digər vasitələrdən istifadə olunmalıdır. Biz həmişə dövlətin və ya hansısa digər qurumun nə edəcəyini gözləməmişik, özümüz hərəkət edib nəticəyə nail olmuşuq. Bu məsələ ilə bağlı da hərəkət edə, beynəlxalq təşkilatların qarşısında aksiyalar keçirə bilərik. Amma bunun o qədər də effektli olacağına inanmırıq. Ona görə də dövlət səviyyəsində BMT, ATƏT, Avropa Şurası qarşısında məsələ qaldırılmalıdır. Azərbaycan Ermənistanın bu hərəkətlərini əsas gətirərək Qarabağ danışıqlarından imtina etməlidir. Hesab edirəm ki, Azərbaycan Minsk Qrupunun həmsədr ölkələrinin rəhbərlərinə müraciət edib Ermənistana təzyiq etmələrini istəməlidir. Bu məsələlərdə Xarici İşlər Nazirliyimiz fəal və təşəbbüskar olmalıdır. Təəssüf ki, onlardan hələ indiyəcən bir dəfə də olsun uyğun təşəbbüs görməmişik”.

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, separatçılar onlara aid olmayan torpaqlarda iş yerləri açırlar:

Картинки по запросу elxan şahinoğlu

“Erməni saytları az qala hər gün xəbər və görüntü yayırlar ki, Dağlıq Qarabağın ətrafını necə məskunlaşdırırlar, Xocalıda, Laçında və Kəlbəcərdə binalar tikir, yollar çəkir, infrastruktur formalaşdırırlar. İstisna etmirəm ki, bu xəbərlərin bir hissəsi dezinformasiyadır, ermənilər hər şeyin yolunda getdiyini təlqin etməyə çalışırlar. Ancaq nə olursa-olsun, Azərbaycan XİN-lə Müdafiə Nazirliyinin birgə açıqlamasına ehtiyac var. Həmin açıqlamada ən azı bu bəndlər olmalıdır: “1. Erməni separatçılarının işğal altındakı rayonlarda həyata keçirdiyi məskunlaşma və müəssisələr açması siyasəti qanunsuzdur, beynəlxalq vasitəçilərin duruma müdaxilə etməsini gözləyirik, çünki həll planlarına görə həmin rayonlar əsl sakinlərinə qaytarılmalıdır. 2. Erməni separatçıları işğal altındakı bu siyasəti davam etdirərlərsə, Azərbaycan ordusu buna qarşı müvafiq tədbirlər görəcək. 3. Ermənistan hakimiyyətinin və erməni lobbisinin işğal altındakı torpaqlarda apardığı məskunlaşma və tikinti işləri müharibə tarixini yaxınlaşdırır”.

Bəs, məsələyə XİN-in reaksiyası necədir? Növbəti saylarımızda rəsmi Bakının mövqeyini almağa çalışacağıq.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …