Ana səhifə / Siyasət / Ermənistanda zavodda partlayış

Ermənistanda zavodda partlayış

Yerevanda “Nairit” kimya zavodunda baş vermiş yanğının ilkin səbəbi açıqlanıb.

Erməni KİV-in verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin direktor müavini Muşeq Kazaryan bildirib ki, yanğın zavodda etinol boyasının alışması nəticəsində baş verib.

Onun sözlərinə görə, hazırda yanğın artıq lokallaşdırılıb, soyutma işləri aparılır.

M. Kazaryan bildirib ki, yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib, ona ilkin tibbi yardım göstərilib.

*   *   *14:19

Ermənistanda “NairiT” zavodunda partlayış baş verib.

Virtualaz.org ru.1in.am saytına istinadən bildirir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, bu gün saat 13:10 radələrində Yerevan şəhərinin Şenqavit inzibati rayonunda “Nairit-1” zavodunun anbarında partlayış baş verib.

Partlayış böyük yanğına səbəb olub. Yanğının mürəkkəbliyi nəzərə alınmaqla hadisə yerinə 6 yanğınsöndürmə qrupu göndərilib.

Hadisə yerinə çoxlu sayda xilasetmə, polis qüvvələri və təcili yardım briqadaları da göndərilib.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın