Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / “Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək…”

“Ermənistanda yaxşı bilirlər ki, Moskvadan üz döndərsələr Azərbaycan əzəcək…”

Ermənistanda baş verən hadisələr əlbətdə ki, Rusiya prezidenti Vldimir Putin üçün xoşagəlməz xəbərlərdir. Lakin Ermənistandakı situasiya ilə bağlı Kreml, daha doğrusu Putin tamamilə rasional mövqe tutub: rəsmi təbliğat Qərbin növbəti rəngli inqilab həyata keçirdiyi barədə hay-küy salmır, hadisələrə reaksiyalar xeyli təmkinlidir.

Bəs bunun sirri nədədir? Rusiyalı politoloq Dmitri Oreşkin “Novoe Vremya” portalına şərhində bildirib ki, Kreml hakimiyytə kimin gəlişindən asılı olmayaraq Ermənistanın Rusiyanın nəzarətində qalacağına əmindir və bu səbəbdən arxayındır. Çünki Rusiyasız Ermənistanın nə iqtisadiyyatı, nə müdafiə qabiliyyəti mövcud deyil.

“Və Ermənistanda da gözəl başa düşürlər ki, əgər onların hakimiyyəti Moskvadan üz döndərməyə başlasa Azərbaycanın hücumu ilə qarşılaşacaqlar. Üstəlik qalibiyyət hücumu, çünki rəqib olduqca güclüdür”-Oreşkin deyib.

Ekspert əlavə edib ki, İrəvanda Moskvadan həyati asılılığı dərk eirlər. Ona görə də erməni liderinin familiyasının necə olmasından asılı olmayaraq birinci səfərini Moskvaya edəcək. “Və özünü Kremlin istədiyi kimi aparacaq”-Oreşkin bildirib.

Xatırladaq ki, Ermənistanda Serj Sərkisyanı istefaya məcbur edən Nikol Paşinyan əvvəlki antirusiya mövqeyindən çəkilib və Rusiya ilə münasibətlərdə heç bir dəyişiklik etmək niyyətində olmadıqlarını, əksinə, münasibətləri gücləndirəcəklərini deyir. (Virtualaz.org)

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …