Ana səhifə / Siyasət / Ermənistanda Quran nəşr olunacaq -Növbəti riyakarlıq…

Ermənistanda Quran nəşr olunacaq -Növbəti riyakarlıq…

Müqəddəs Kitabın tərcüməsi İran Mədəniyyət mərkəzinin dəstəyi ilə edilir…

İrəvanda erməni dilində Quran çap ediləcək. Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir. Müsəlmanların Müqədddəs Kitabı erməni dilinə yeni tərcümədə İran Mədəniyyət mərkəzinin dəstəyi ilə nəşrə hazırlanır. Tərcümə işlərinə artıq 2015-ci ildən başlanıb və  artıq Quranın yarısı tərcümə olunub. Allahın sonuncu Kitabının ermənicə tərcüməsi həm çap formasında, həm də İran Mədəniyyət mərkəzinin və İrəvandakı Göy məscidin mediaportallarında  elektron formatda əldə oluna biləcək.
Xəbərdə xatırladılır ki, Qurani-Kərimi ilk dəfə erməni dilinə XVII əsrdə Stepan Leatsi tərcümə edib. Daha sonra iki tərcümə də olunub. Həmin Quran əlyazmaları İrəvandakı Matenadaran əlyazmalar muzeyində saxlanılır.
Qeyd  olunur ki, Müqəddəs Kitabın erməni dilinə növbəti tərcüməsi türk dilindən edilir. Quran qərbi erməni və şərqi erməni dillərində 10 cilddə nəşr ediləcək.
Xatırladaq ki,  2015-ci ildə Türkiyənin Ankara Universitetində təhsil alan tələbələrdən biri Qurani-Kərimi ilk dəfə ermənicəyə tərcümə etməyə müvəffəq olmuşdu.Yavuz Aydın adlı tələbənin tərcümə etdiyi kitabı türkiyəli erməni jurnalistlərdən biri redaktə edib.10 cild və 2500 səhifədən ibarət olan ermənicə Qurani-Kərimin hazırlanması 3 il çəkib. Qeyd edək ki, Qurani Kərimin ermənicə olan tərcümə variantı ümumilikdə 4 min nəşrlə yayımlanıb.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın