Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / “Ermənistan verilən fürsətdən istifadə etməlidir” – Hulusi Akar

“Ermənistan verilən fürsətdən istifadə etməlidir” – Hulusi Akar

“Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək tək davam edəcək”.

APA xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində bildirib.

Nazir bildirib ki, Zəngəzur dəhlizi və oradan keçəcək dəmir yolları və avtomobil yolları regionun iqtisadi, sosial həyatı və təhlükəsizliyi baxımından çox dəyərlidir.

“Ermənistan Cənab İlham Əliyevin və Prezidentimizin uzatdığı sülh əlini tutmalıdır. Onların kənar təsir daiəsində qalaraq xəyallarda olması məntiqi yanaşma deyil. Biz deyirik ki, Ermənistana verilən bu fürsətdən istifadə etsin”, – deyə Hulusi Akar bildirib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …