Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Ermənistan sülh naminə Azərbaycanla birgə addımlamağa başlayıb” – Zərdüşt Əlizadə

“Ermənistan sülh naminə Azərbaycanla birgə addımlamağa başlayıb” – Zərdüşt Əlizadə

“Bu, Ermənistanla Rusiya arasındakı münasibətlərə aiddir. Həmçinin, bu, Ermənistan ictimai fikrində və siyasi xadimlərin fikir dünyasında baş verən dəyişikliyin nəticəsidir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zərdüşt Əlizadə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinlə, “Russia Today” kanalının rəhbəri, media meneceri Marqarita Simonyanın Ermənistanda persona-non-qrata elan edilməsini şərh edərkən bildirib.

Son günlər Rusiya televiziyalarında anti-erməni çıxışlar edən Kreml strateqlərinin açıqladığı bəyanatlara münasibət bildirən Z.Əlizadə deyib ki, əvvəl Ermənistanda çox sevinirdilər ki, ruslar münaqişəni qızışdırırlar və münaqişə qızışdığı zaman ruslar açıq-aydın Ermənistanın tərəfində durub Azərbaycana qarşı təzyiqləri gücləndirirdilər:

“Uzağı görə bilməyən ermənilər isə buna sevinirdilər. Lakin 44 günlük müharibədən sonra erməni ictimai fikri anlamağa başladı ki, münaqişə Ermənistana böyük ziyan gətirir. O ruslar ki, guya Ermənistanı müdafiə edib, münaqişədəki mövqeyini dəstəkləyib və erməni xalqına fayda gətirirdilər, onlar, əslində, erməni xalqının düşmənləri olublar. Bunu anlayandan sonra Marqarita Simonyan, Konstantin Zatulin və münaqişəni qızışdıran digər adamların Ermənistana girişi qadağan edildi. Çünki bu, erməni xalqının mənafeyi naminə atılan addım oldu. O adamlar ki, özlərini guya Ermənistanın tərəfdarı kimi təqdim ediblər, əslində isə onlar erməni xalqının bədxahları idilər”.

“Qısacası, Konstantin Zatulin, Marqarita Simonyan, Stepan Baqdasarov və başqa Rusiya yönümlü “yan”ların hamısına Ermənistana giriş qadağan edilib və artıq Ermənistan bu addımı ilə göstərir ki, o, münaqişənin qızışdırılması addımından geri çəkilir, Rusiyanın münaqişənin qızışdırmaq cəhdlərinin qarşısını qətiyyətlə alır və sülh naminə Azərbaycanla birgə addımlamağa başlayıb”, – yekunlaşdırıb.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …