Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Ermənistan müsbət cavab verməlidir” – Çavuşoğlu

“Ermənistan müsbət cavab verməlidir” – Çavuşoğlu

“Azərbaycan qələbə qazandıqdan sonra göstərdi ki, o, sülh və regionda hüzur istəyir. O, Ermənistana hərtərəfli sülh sazişi təklif edib”. 

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Forumunda iştirak etdikdən sonra azərbaycanlı jurnalistlərin suallarını cavablandırarkən deyib.Nazir sərhədlərin müəyyən edilməsi üçün birgə komissiyanın yaradılmasının gündəmdə olduğunu və Brüsseldə keçirilən görüşlərdə bu məsələlərlə bağlı razılıq əldə olunuğunu bildirib.

“Müştərək sərhəd komissiyası yaradılıb və xarici işlər nazirlərinin hərtərəfli sülh sazişi danışıqlarını aparmalı olduqları bildirilib”.

Türkiyənin Azərbaycan və Ermənistanın atdığı müsbət addımlardan məmnun olduğunu bildirən Çavuşoğlu Azərbaycanın Türkiyə ilə Ermənistan arasında danışıqları dəstəklədiyini deyib.

“Biz həmişə deyirik və təşviq edirik ki, Ermənistan təbii ki, bu müsbət yanaşmalara müsbət cavab verməlidir. Ermənistanda administrasiyanın daxildəki radikalların, kənarda isə diasporun təzyiqi altında olduğunu görürük.

Biz əvvəllər təkcə Blinkenə deyil, digər həmsöhbətlərimizə də demişik ki, Ermənistan bu istiqamətdə daha çox təşviq edilməlidir.

Biz bunu görüşümüzdə dedik. Bir daha xatırlatdıq ki, Türkiyə və Azərbaycan sülh istəyir və regionda sabitlik üçün xoş niyyətlərini nümayiş etdirirlər”. AzVision.az

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …