Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Ermənistan danışıqlar prosesini ləngitməyə çalışır” – Novruz Məmmədov

“Ermənistan danışıqlar prosesini ləngitməyə çalışır” – Novruz Məmmədov

“Dünyada çox gərginlik var və bu gərginlik ATƏT-in Minsk qrupu ölkələrini də narahat və məşğul edir”.

Bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi, PA-nın şöbə müdiri Novruz Məmmədov deyib.

Onun sözlərinə görə, bu nöqteyi-nəzərdən müəyyən mənada demək olar ki, Dağlıq Qarabağ münaqişənin həllinə diqqət sanki azalıb: “Buna baxmayaraq, son vaxtlar həmsədrlərin regiona səfəri oldu. Onlar Azərbaycan prezidenti ilə görüşlər keçirdi. Aİ və ATƏT nümayəndələri də səfərlər etdilər və görüş keçirdilər. Proses gedir. Lakin həmişə olduğu kimi, Ermənistan tərəfi danışıqlar prosesinin qarşısını almağa can atır, ləngitməyə çalışır və bu istiqamətdə əlindən gələni etməyə cəhd edir”.

Prezidentin köməkçisi bildirib ki, bu ilin noyabrında Şərq Tərəfdaşlığı sammiti çərçivəsində qəbul edilən bəyannamədə ğlkələrin ərazi bütövlüyü və suverenliyi ilə bağlı qərar böyük əhəmiyyət daşıyır: “Bu, əslində Azərbaycan tərəfinin münaqişənin həlli istiqamətində gedən proseslərdə böyük qələbəsidir. Əgər indiyə kimi Avropa ölkələrinin mövqeyində ikili yanaşmalar olurdusa, bundan sonra olmayacaq. Bu da Minsk qrupu həmsədrlərinin də məsələnin həllinə diqqətini gücləndirəcək”.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …