Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Ermənistan bu sənədin imzalanması ilə yıxıldı” – Paşinyan

“Ermənistan bu sənədin imzalanması ilə yıxıldı” – Paşinyan

“İrəvan Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı vaxtında qərar verdi”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Rusiya 1” telekanalına müsahibəsində deyib. Paşinyan Qarabağ münaqişəsi ilə bağlı imzalanmış üçtərəfli sənədi şərh edərək bildirib ki, əks təqdirdə Ermənistanda vəziyyət daha da pis olacaqdı.”Mən bu vəziyyətə görə məsuliyyət daşıyıram və daşıyacağam. Bu, bizim üçün böyük uğursuzluqdur, böyük bir fəlakətdir. Həyatlarını itirmiş insanların matəmidir. Ancaq Ermənistan və “Artsax” (Dağlıq Qarabağ-red) yaşamalı, güclənməli, möhkəmlənməlidir. Müxtəlif məsələlərdə əvvəlki düşüncələr yenidən nəzərdən keçirilməlidir. Digər həll variantlarının əvvəllər sadəcə mümkünsüz olduğunu bilirəm. Ermənistan bu sənədin imzalanması ilə yıxıldı, amma uçuruma yuvarlanmadı”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …