Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / “Ermənistan əsirlərin siyahısını vaxtında vermədi” – Lavrov
Ìèíèñòð èíîñòðàííûõ äåë Ðîññèè Ñåðãåé Ëàâðîâ ïðîâåë ïðåññ-êîíôåðåíöèþ äëÿ ðîññèéñêèõ è èíîñòðàííûõ æóðíàëèñòîâ ïî èòîãàì äåÿòåëüíîñòè ðîññèéñêîé äèïëîìàòèè â 2007 ãîäó.

“Ermənistan əsirlərin siyahısını vaxtında vermədi” – Lavrov

Hərbi əsirlərin mübadiləsi ilə bağlı Ermənistan tərəfinin böyük problemi var idi. Çünki Ermənistan vaxtında və tam siyahı təqdim edə bilməyib.

Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında deyib.Onun sözlərinə görə, tərəflər siyahı tərtib etməli idilər: “Azərbaycan siyahını dərhal verdi, orada say çox deyildi və əsirlər qayıtdılar. Ermənistan tərəfindən isə siyahı tam və dərhal təqdim edilmədi”.

Lavrov hərbi əməliyyatlar bitdikdən sonra Ermənistandan Hadruta gedən silahlı dəstə ilə bağlı məsələyə də toxunub. Bildirib ki, bununla əlaqədar erməni həmkarı ilə təmasdadır: “Yekun siyahını dəqiqləşdirməyə çalışırıq, orda 62 nəfərdən çoxdur”.

Lavrov, həmçinin deyib ki, Rusiya əsirlər məsələsinə son qoymağa çalışır.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …