Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ermənilərlə görüşən Azərbaycan rəsmisi danışdı: “Səmimi idilər, həvəslə…” – Video

Ermənilərlə görüşən Azərbaycan rəsmisi danışdı: “Səmimi idilər, həvəslə…” – Video

Xəbər verdiyimiz kimi, bazar ertəsi günü Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri Rusiya sülhməramlılarının müvəqqəti nəzarət bölgəsindəki Sərsəng su anbarına baş çəkib, obyektin erməni istismarçıları ilə görüşüb.

Görüşdə iştirak edən Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Adil Qafarlı BBC News Azərbaycancaya səfərin məqsədi və nəticələri haqqında danışıb.

Adil Qafarlı deyib ki, bu səfər heç də onların qrumundan Sərsəng su anbarına ilk səfər olmayıb və əvvəlkindən fərqli olaraq bu dəfə daha səmimi, məhsuldar görüş keçib.

Qafarlı hesab edir ki, Azərbaycanın keçirdiyi sonuncu hərbi əməliyyatlar, “Qisas əməliyyatı” tanınmamış Dağlıq Qarabağ təmsilçilərində “yumşalma” yaradıb.

Suvarma üzrə mütəxəssis bildirib ki, razılaşmaya görə indidən sonra hər 15 gündə bir Azərbaycan tərəfindən ekspertlər Sərsəngə səfər edəcək və onun işləməsində su anbarının erməni istismarçıları ilə əməkdaşlıq edəcəklər.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …