Ana səhifə / Siyasət / Ermənilərin vəhşiliyi sərhəd tanımır: Qəbir daşlarından pilləkən düzəldiblər – VİDEO

Ermənilərin vəhşiliyi sərhəd tanımır: Qəbir daşlarından pilləkən düzəldiblər – VİDEO

Laçın rayonunun Piçənis kəndində ermənilər qəbir daşlarından özlərinə pilləkən düzəldiblər.

Bununla bağlı videgörüntülər bu günlərdə sosial şəbəkələrdə və bəzi teleqram kanallarında paylaşılıb.

30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayan və orada qanunsuz olaraq məskunlaşan ermənilər  mədəni və tarixi abidələrimizə qarşı divan tutub, daşı-daş üstündə qoymayıblar. Hətta ölülərimizə qarşı öz çirkin niyyətlərini reallaşdıran ermənilər onlarla qəbir daşını yerindən çıxarıb, öz həyətlərində pilləkən əvəzi istifadə ediblər.

Pilləkənlərin həmin daşlardan ibarət olduğu bilinməsin deyə qəbir daşlarının hamısının yazılı tərəfini torpağa üzüaşağı basdırıblar. Hələ bu azmış kimi qəbristanlıqdakı dəmir barmaqlıqları da söküb öz həyətində hasar kimi istifadə ediblər.

Politoloq Zaur Məmmədov deyir ki, ermənilərin bu murdar davranışları onların azərbaycanlılara qarşı sərhədsiz kin bəslədiklərini sübut edir.

Politoloqun sözlərinə görə, ermənilərin bu çirkin addımları qarşısında beynəlxalq təşkilatlar susmamalıdırlar.Bu kimi faktlara lazımi qiymət verilməlidir.

Zaur Məmmədov vurğulayıb ki, ermənilər özlərini cəzasızlıq mühitində hiss etdiklərinə görə insanlığa yaraşmayan belə addımlardan heç vaxt çəkinməyiblər.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …