Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Ermənilər Salatın Əsgərovaya atəş açılan kənddə yeni məktəb tikdirdi…- VİDEO

Ermənilər Salatın Əsgərovaya atəş açılan kənddə yeni məktəb tikdirdi…- VİDEO

27-ci ildir ki, Azərbaycan türkünün ayağı dəyməyən Şuşa rayonunun Qaladərəsi kəndində yeni məktəb tikilib.
Erməni uşaqlarının təhsil alacağı məktəbin video-görüntülərini Mir Kazım Laçın Alxaslı öz “You Tube” kanalında paylaşıb. Görüntülərdən o da bəlli olur ki, kənddə işğalçılar o qədər də çətin vəizyyətdə yaşamır. Evlərin çoxu təmirlidir…
Xatırladaq ki, Şuşa rayonunun Qaladərəsi kəndi 1988-ci ildən başlanan erməni separatçı hərəkatının ən fəal məntəqələrindən biri olub. Erməni yaraqlıları əvvəl gizli piyada yollarıyla, sonra isə açıq-açığına vertolyotlarla sovet dövründən ermənilərin məskunlaşdığı bu və qonşu Kirov kəndinə toplaşırdı. Həmin məntəqələrdən Şuşa-Laçın yolu, Şuşa rayonunun Turşsu, Zarıslı, eləcə də Laçın rayonunun Ağanus, Unannovu, Köhnəkənd, Qışlaq və s. kəndlərini təhdid altında saxlanılırdı.
1991-ci il yanvarın 9-da ölümündən sonra Milli Qəhrəman adını almış jurnalist Salatın Əsgərova Laçından Şuşaya yollanarkən məhz Qaladərəsi istiqamətindən açılan atəşlərlə şəhid edilmişdi…
Onu da qeyd edək ki, Qaladərəsi, Kirov və Şuşa rayonunun ermənilər yaşayan bir neçə digər kəndi 1991-ci ilin mayında Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun səyləri nəticəsində Ermənistan və Azərbaycanda keçirilən “Həlqə” əməliyyatı çərçivsində sovet qoşunlarının dəstəyi, Şuşa və Laçın polislərinin, eləcə də “OMON”çuların bilavasitə iştirakıyla erməni quldurlarından tam təmizlənmiş, həmin kəndlərə Ermənistandan qaçmış soydaşlarımız yerləşdirilmişdi… (Moderator.az)

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …