Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ermənilər Sərsəng su anbarını partlatmaq istəyirmiş

Ermənilər Sərsəng su anbarını partlatmaq istəyirmiş

Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan baş nazir Nikol Paşinyanı müharibədə sərt qərarlar verməməkdə ittiham edib.

Azvision.az xəbər verir ki, Zakaryan baş nazirə bir neçə sual ünvanlayıb.

Diqqət çəkən məqamlardan biri isə bu olub ki, keçmiş nazir müavini regionda ekoloji faciəyə səbəb olacaq addımın atılmamasından məyusluğunu ifadə edib.

“Nə üçün cəbhə xəttindəki vəziyyəti dəyişdirəcək və türklərin (azərbaycanlıların-red.) irəliləməsinə əhəmiyyətli dərəcədə mane olacaq Sərsəng su anbarını partlatmadınız? Axı bu cür təkliflər komanda məntəqəsində səsləndirildi. Yoxsa gələcəkdə türklərə su vermək üçün bunu da saxlamısınız?”.

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …