Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / “Ermənilər Rusiya sülhməramlılarını cavan qızlarla, yemək-içmək qonaqlığı ilə ələ almağa çalışırlar”

“Ermənilər Rusiya sülhməramlılarını cavan qızlarla, yemək-içmək qonaqlığı ilə ələ almağa çalışırlar”

“İranın Qarabağda yaşayan ermənilərə ərzaq yardımı adı altında hərbi yardım göndərməsi qəbuledilməzdir. Hesab edirəm ki, belə yardımların göstərilməsinin qarşısını almaq üçün ən yaxşı üsul həmin ərazilərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin postunun quraşdırılması idi. Əlbəttə ki, belə yardımların edilməsində Rusiya sülhməramlılarının da rolu böyükdür. Açıq-aşkardır ki, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya qoşunları İranın ermənilərə yardım göstərməsində ciddi rol oynayır, şərait yaradır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputat bildirib ki, Vətən müharibəsindən sonra Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarından gözləntilərimiz yüksək olsa da, indi, sadəcə, təxribatlara şərait yaratmamalarını istəyirik: “Bu məsələdə, həmçinin İranda yaşayan ermənilərin də rolunu mütləq qeyd etmək lazımdır. Təəsüf ki, Rusiya sülhməramlılarının ərazilərdən qısa müddətdə çıxarılması mümkün deyil. Çünki, ortada üçtərəfli razılaşma var. Doğrudur, Ermənistan adətən həmin razılaşmanı pozaraq cinayət törətsə də, bu, Azərbaycan üçün yaddır. Ciddi yoxlama aparmaq lazımdır, əgər əraziyə göndərilən yardım ərzaqdan ibarətdirsə, razılaşmaq olar. Yox, əgər yardım dedikdə hərbi və strateji əhəmiyyətli silah-sursat nəzərdə tutulursa, yolverilməzdir. İran təcili olaraq təxribatlara son verməli, Rusiya isə buna şərait yaratmamalıdır. Bəllidir ki, Qarabağda yaşayan ermənilər rus sülhməramlılarını ələ almaq istəyirlər. Cavan qızlarla, yemək-içmək qonaqlığı ilə və s. Nəzərə almaq lazımdır ki, Rusiya sülhməramlı kontingenti elə cavan oğlanlardan ibarətdir. Yəni, Rusiyanın İrana dəstək verməsinin səbəbləri çoxdur. Azərbaycan tərəfi İrana nota verərək , dərhal təxribatları dayandırmasını tələb etməlidir”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …