Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Ermənilər FHN-in əməkdaşını güllələdi

Ermənilər FHN-in əməkdaşını güllələdi

Erməni silahlı qüvvələrinin atəşi nəticəsində bir yanğınsöndürən yaralanıb.

” Azinforum.az ” APA-ya istinadən xəbər verir ki, yaralananlardan biri Fövqəladə Hallar Nazirliyinin Ağdan Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Akif Mustafayev olub.

O, Ağdamın Əfətli ərazi nümayəndəliyinin Qaradağlı kəndini ermənilərin iri çaplı silahlardan atəşə tutması nəticəsində evlərdə baş vermiş yanğını söndürən zaman top mərsindən yaralanıb.

Qarın boşluğundan xəsarət almış A. Mustafayev Ağdam Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın