Beynəlxalq İnsan Hüquqları Müdafiəsi Komitəsinin rəsmi internet saytında Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülən azərbaycanlılar- Şahbaz Quliyev və Dilqəm Əsgərova işgəncələr verilməsi faktları göstərilib.
Azinforum.az Trend-ə istinadən xəbər verir ki, Dilqəm Əsgərovun vəkili Anar Bağırov bu məlumatları təsdiqləyib:
“Onlara daim işgəncələr verilir. Bu yeni hadisə deyil və bizdə məlumatlar var. Bu məsələ ilə bağlı bütün məlumatlar mütəmadi olaraq Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. Bu cür məlumatlar bizə daxil olan kimi məhkəməyə göndəririk ki, işin baxılmasını tezləşdirsinlər”.