Ana səhifə / Siyasət / Ermənilər “ASAN xidmət”in də ideyasını oğurladılar – Foto

Ermənilər “ASAN xidmət”in də ideyasını oğurladılar – Foto

Bugün Ermənistanın Gümrü şəhərində dövlət xidmətlərini bir məkanda birləşdirən ofisin açılışı olub.

Ofisdə Şirak bölgəsində yaşayan ermənilər üçün 110 dövlət xidməti – o cümlədən, Ədliyyə Nazirliyi, polisin pasport-viza idarəsi, Əmək və Sosial Təminat Nazirliyinin Sosial Təminat Xidməti, Milli Arxiv və s. qurumların xidmətləri bir məkanda birləşir.

Dövlət xidmətlərini bir mərkəzdə birləşdirəcək sistemin qurulmasına ötən ildən başlanılıb. Məqsəd vətəndaşların öz problem və ehtiyaclarını həll etmələri üçün bir qurumdan digərinə getmələrinin, vaxt itirmələrinin qarşısını almaqdır. 

Xatırladaq ki, konsepsiya və stuktur baxımından Ermənistanda fəaliyyət göstərən dövlət xidmətlərinin birgə ofisi Azərbaycanda hələ 2012-ci ilin iyulunda yaradılmış “ASAN xidmət”lə eynilik təşkil edir./Modern.az

Ermənilər “ASAN xidmət”in də ideyasını oğurladılar - Foto

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …