Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Erməni təxribatı nəticəsində 6 soydaşımız xəsarət alıb – Video

Erməni təxribatı nəticəsində 6 soydaşımız xəsarət alıb – Video

Diaspor və səfirlik nümayəndələrinə daş və iti kəsici alətlərlə, partlayıcı vasitələrlə hücum edən 18 erməni təxribatçı saxlanıb.

Bunu ”Xəzər Xəbər”ə müsahibəsində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin birinci katibi Elşən Abduləzimov deyib. 

Onun sözlərinə görə, 22 iyul tarixində səfirliyin inzibati binası önündə baş tutmuş nümayiş zamanı Belçikadakı erməni diasporu tərəfindən kəskin vandalizm aktları ilə müşayiət olunan kütləvi nümayiş keçirilib. Bu ölkədə yaşayan yüzlərlə icma nümayəndəsi, eləcə də həmsərhəd Niderland, Fransa və Almaniyada yaşayan soydaşlarımız yüksək həmrəylik göstərərək diplomatik missiyanın ərazisinə toplaşıb, ermənilərin nümayiş cəhdini iflasa uğradıblar. Ancaq bunu həzm etməyən ermənilər vətəndaşlarımız üzərinə hücum çəkməyə başlayıblar.

Elşən Abduləzimov bildirib ki, hazırda xəsarət alanların vəziyyətləri yaxşıdır. Onun sözlərinə görə, ümumilkdə baş vermiş hadisələrlə bağlı ətraflı hesabat və protokollar tərtib edilərək Belçika Krallığının Xarici İşlər Nazirliyinə nota və digər aidiyyəti qurumlarına rəsmi müraciət göndərilib, erməni cinayətkarların cəzalandırılması tələb edilib. Nəticədə də bir neçə erməni təxribatçı Belçika polisi tərəfindən saxlanıb.

Elşən Abduləzimov onu da bildirib ki, ermənilərin əvvəlcədən planlaşdıraraq törətdikləri bu təxribatçı hərəkətlər Belçika dövlətinin ev sahibi kimi üzərinə götürdüyü öhdəliklərə və normalara əsasən Azərbaycan tərəfinin lehinədir. Buna görə də səfirlik həmin şəxslərin ən sərt şəkildə cəzalandırılması üçün bütün qüvvələri sona kimi səfərbər edəcək.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …