Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Erməni gözəlçələr Qarabağda mina axtarır – FOTOFAKT

Erməni gözəlçələr Qarabağda mina axtarır – FOTOFAKT

Britaniyanın qeyri-hökumət təşkilatı Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərir

Britaniyanın qeyri-hökumət təşkilatı “The HALO Trust” 2000-ci ildən etibarən Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz fəaliyyətlə məşğuldur. Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir. Məlumata görə, təşkilat Dağlıq Qarabağda mina və digər partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi işi ilə məşğuldur.

Proqramın rəhbəri Aş Boddi deyib ki, əgər əvvəlki illərdə onlar 100 nəfərlə işləyirdilərsə, hazırda əməkdaşlıq edənlərin sayı 210 nəfə çatıb. Onun sözlərinə görə, “Halo Trust”-də qadın minaaxtaranlar da çalışır.

“İlk qrup 2015-ci ildə Kaşataq (ermənilər Laçın rayonunun tərkibində qondarma bir ərazi vahidi yaradıblar-C.T.) rayonunun Kareqax kəndində yaradılıb. İndi qadınların üstünlük təşkil etdiyi üç qrup fəaliyyət göstərir. Biz gələn ilin sonunadək onların sayını artırmaq niyyətindəyik”-qrup rəhbəri deyib. Boddi burada çalışmaq arzusunda olanlara şərtləri də açıqlayıb. Deyib ki, ilk öncə beş həftəlik təcrübə mərhələsindən keçmək tələb olunur.

Göründüyü kimi, ordusunu komplekstləşdirməkdən ötrü kişi qıtlığı çəkən Ermənistan indi də qadınları mina axtarmağa cəlb edir. Bu da düşmən ölkənin durumunu göstərən növbəti faktdır. 40 yaşlı Lilit Martirosyan deyib ki, özü Xankəndindəndir, minaaxtaranlar qrupunda 2017-ci ilin 2 aprelindən çalışır. “Bu iş mürəkkəb və təhlükəlidir, ancaq biz hər şeyi edirik ki, bu təhlükəni digərlərindən uzaqlaşdıraq”- erməni gözəlçə deyib. Erməni qadınların hansı peşə ilə məşğul olması ilə işimiz yoxdur. Amma Britaniyanın qeyri-hökumət təşkilatının Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərməsinə izahat veriləməsinə ehtiyac var. Hər halda Böyük Britaniyanın Bakıdakı səfirliyinin bu məsələyə aydınlıq gətirəcəyini güman edirik.

 

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın