Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Erməni generallar Paşinyana qarşı birləşdilər

Erməni generallar Paşinyana qarşı birləşdilər

Ermənistan Silahlı Qüvvələrinin ehtiyatda və istefada olan generalları Paşinyan hökumətinin istefası tələbinə qoşulublar.

Erməni generallar Azərbaycanla aparılan 44 günlük müharibədən sonrakı acınacaqlı vəziyyətə dair bəyanat da yayıblar.

Bəyanata imza tatan generallar bildiriblər ki, Ermənistandakı cahil, diqqətsiz, təkəbbürlü səlahiyyətlilər ölkəni məhvə aparırlar.

Onlar Ermənistan cəmiyyətini gündən-günə artan problemlərə və bölgədəki təhlükəsizliyə yeni təhdidlərə ayıq baxmağa çağırıblar.

“Bu məqsədlə ölkədə daxili siyasi sabitliyin qurulmasını, yeni səlahiyyətli, bilikli və təcrübəli bir hökumətin formalaşmasını, bütün dövlət strukturlarının və xüsusən də ordunun vəzifələrinin dəqiq şəkildə formalaşdırılmasını dərhal təmin etməyi vacib hesab edirik.

Mövcud hakimiyyət dövləti idarə etmək iqtidarında olmadığını, Vətən qarşısında üzərinə götürdüyü ağır məsuliyyətin yükünü daşıya bilmədiyini nəzərə alaraq, dərhal istefa verməlidir”,- erməni generallar bildiriblər.

Bəyanat müəllifləri dərhal Ermənistan-Dağlıq Qarabağ-Diaspor üçlüyünün bütün potensialdan istifadə etməyə, mövcud vəziyyəti təhlil etməyə və qiymətləndirməyə, düzgün yolları müəyyənləşdirməyə və hər şeyi sürətlə həyata keçirməyə çağırıb.

“Mövcud vəziyyətdə müttəfiqimiz Rusiyanın sülhməramlı səylərinə paralel olaraq laqeyd qalmamalı və düşmənin hər hansı təcavüzünə hazır olmalıyıq”, – deyə generallar əlavə ediblər.

Modern.az yazır ki, bəyanatı generallar Seyran Ohanyan (keçmiş müdafiə naziri), Yuri Xaçaturov, Movses Hakopyan, Mikael Qriqoryan, Hayk Kotanjyan, Levon Mnatsakanyan, Arshavir Qaramyan,  Alik Mirzabekyan, Samvel Karapetyan, Armen Kagramanyan, Vladik Ovannisyan və digər yüksək çinli hərbçilər imzalayıblar.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …