Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Erməni batalyonu”nun Bakıda terror planı

“Erməni batalyonu”nun Bakıda terror planı

Suriyanın şimalında PKK/YPG nəzdində fəaliyyət göstərən və əsasən yerli ermənilərdən formalaşdırılmış erməni batalyonu Qarabağdan geri qayıdıb. Bu haqda Türkiyə mediası yazıb. “Bursa Hakimiyet” qəzetinin verdiyi məlumata görə, həmin batalyon ermənilərin üzləşdikləri məğlubiyyətin qisasını almağa hazırlaşır.

Məlumata görə, Suriyadakı erməni silahlı birləşməsi Türkiyə, Azərbaycan və Rusiyada mülki hədəflərə terror hücumları planlaşdırır.

Qəzet bu xəbərləri Türkiyə təhlükəsizlik qaynaqlarına istinadən bildirib. Bu məlumatların nə dərəcədə səhih olduğu və terror təhlükəsi ehtimalının hansı səviyyədə real göründüyü məlum deyil.

Erməni batalyonu PKK/PYD terror təşkilatı tərəfindən 2019-cu ilin aprelində Türkiyəyə qarşı savaşmaq üçün yerli ermənilərdən və əsasən muzdlulardan formalaşdırılıb. Həmin batalyonun bu ilin yayında Qarabağa göndərildiyi haqda xəbərlər yayılmışdı. Həmçinin Qarabağ müharibəsində iştirak ediblər.

İndi Suriyanın şimalına geri dönən bu terrorçu güclər Ermənistanın məğlub olmasına görə Azərbaycan və Türkiyə ilə yanaşı Rusiyanı da günahkar sayır. “Türkiyə ordusunun uğurlu əməliyyatları nəticəsində rahat hərəkət edə bilməyən separatçıların qondarma ”erməni batalyonu” bölgədə mövcudluğunu qoruyub saxlamağa çalışır, amma onları gözləyən acı aqibətdən xilas ola bilməyəcəklər”, – mənbə bildirir.

Bölgədəki təhlükəsizlik qaynaqları onu da deyirlər ki, “erməni batalyonu” Suriya rejiminin nəzarətində olan ərazilərdə sərbəst hərəkət edir və fəaliyyətlərini orada planlaşdırır. Çünki Əsəd rejimi ilə yaxşı münasibətlərə malikdir. Sirr deyil ki, Vətən müharibəsi günlərində Suriya hökuməti Ermənistana dəstək ifadə etmişdi.

Əsədin müşaviri hökumət adından İrəvanın yanında olduqlarını açıqlamışdı. Lakin bu «erməni batalyonu»nun hər üç ölkəyə sızması, terror törətməsi elə də asan məsələ deyil.

Politoloq Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, «erməni batalyonu» belə fikrə düşə bilər, amma reallaşdıra bilməz. Siyasi analitik hesab edir ki, PKK nəzdində olan həmin «erməni batalyonu»nun gücünü  həddindən artıq şişirtməyə ehtiyac yoxdur. Ekspertin fikrincə, istənilən düşmən başını qaldıran kimi Azərbaycan xüsusi xidmət orqanları belələrini zərərsizləşdirəcək: 

“Onlar heç sərhədlərimizə yaxınlaşa bilməzlər. Buna imkan verilməyəcək. Əgər yenə erməni terrorçuları baş qaldırsalar, dəmir yumruğu görəcəklər. Bunu Prezident İlham Əliyev də Zəfər paradındakı çıxışında bəyan etdi ki, erməni faşistləri təzədən dirçəlmək istəsələr, bizim gücümüzü görəcəklər. Ona görə Azərbaycanı heç kəs dayandıra və terrorla təhdid edə bilməz. Belə səfeh fikrə düşənlər yanılırlar və hansısa xain həmləyə cəhd etsələr, qarşısı qətiyyətlə alınacaq”.

Q.Hüseynli hesab edir ki, erməni batalyonu Türkiyə və Rusiya ərazisində də terror törətməyə qadir deyil: “Onların niyyəti ola bilər, amma Türkiyə və Rusiyada təhlükəsizlik tədbirləri yüksək səviyyədə təmin olunub. Eləcə də Azərbaycana sızmaq imkanları yoxdur. Digər tərəfdən, ermənilər elə bir zərbə alıblar ki, uzun illər özlərinə gələ bilməyəcəklər”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …