Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Erkin Qədirli koronavirus testinin cavabını açıqladı – “Mənimlə ünsiyyətdə olan hər kəs…“

Erkin Qədirli koronavirus testinin cavabını açıqladı – “Mənimlə ünsiyyətdə olan hər kəs…“

Millət vəkili Erkin Qədirlinin koronavirus testi neqativ çıxıb

Bu barədə deputat özü məlumat verib. 

Parlament üzvü bildirib ki, 21 iyun tarixində növbəti dəfə test verən deputatlar arasında o da olub: 

“Sırağagün Milli Məclisdə koronavirus testindən keçdim. Cavabı “neqativ” oldu. Yəni, yoluxmamışam. Bunu niyə yazdım? Əslində, bundan əvvəl də 2 dəfə testdən keçmişdim, amma yazmadım. Çünki, onda durum indiki qədər ağır deyildi. Bu gün isə nəticəmi paylaşdım ki, mənimlə ünsiyyətdə olmuş hər kəs rahat ola bilsin. Epidemiya dönəmində sağlamlıq haqq olmaqdan çıxıb öhdəliyə çevrilir. Belə dönəmdə yalnız özümüz üçün deyil, başqaları üçün də sağlam qalmalıyıq. Özünüzü qoruyun!”.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …