Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Emin Ağalarov konsertə gecikirdi, atasının təyyarəsindən istifadə etdi…

Emin Ağalarov konsertə gecikirdi, atasının təyyarəsindən istifadə etdi…

Məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov Başqırdıstanın paytaxtı Ufada təşkil olunmuş konsertinə son anda yetişə bilib.

Virtualaz.org “Komsomolskaya Pravda”ya istinadla xəbər verir ki, o, konsertin başlamasına cəmi bir  saat qalmış Ufaya çatıb.

“Moskvada işim vardı. Əsas odur ki, gəlib çata bildim. Təəsüf ki, şəhəri görə bilmədim, aeroportdan birbaşa konsert meydançasına gəlmişəm, ancaq gecə saatlarında aeroportdan şəhərin mərkəzinə gələ bildim”-müğənni bildirib. Emin Ağalarov deyib ki, konsertə gecikdiyinə görə atasının təyyarəsindən istifadə etməli olub.

Milyarder Araz Ağalarovun iki motorlu gümüşü “Gulfstream G550” təyyarəsi konsertin başlamasına bir saat qalmış Ufa aeroportuna enib, Emin konsert meydançasına vaxta yarım saat qalmış çatıb. Emin Ağalarov səyahətlərdə adətən adi reyslərdən istifadə edir, ancaq deyir ki, bu dəfə başqa əlacı yox idi.

Qəzet yazır ki, fanatları Emini yaxşı qarsalayıblar, konsert anşlaqla keçib. Müğənni vəd edib ki, imkan tapan kimi Ufaya yenə qayıdacaq.

Həmçinin oxuyun

“İran Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır” – Kənani

“İran Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının iclasında əldə olunmuş razılaşmaları alqışlayır və tərəfləri regionda …

Bir cavab yazın