Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Elza Seyidcahan: “Aksiyada saxlanılan tez bir zamanda buraxılıb” – VİDEO

Elza Seyidcahan: “Aksiyada saxlanılan tez bir zamanda buraxılıb” – VİDEO

Xəbər verdiyimiz kimi ötən gün əməkdar bəstəkar-müğənni Elza Seyidcahan Siyəzən və Şabranda Bayraq Günü münasibəti ilə aksiya keçirib. 
Müğənni bu barədə musavat.com-a məlumat verərək bildirib ki, aksiyanı keçirməkdə məqsədi vətəndaşları Bayraq Günü münasibəti ilə təbrik etmək, onları bayraq haqqında məlumatlandırmaq olub. Bununla bağlı bukletlər paylanılıb.
Lakin tədbir insidentsiz ötüşməyib. Belə ki, yeni seçilən deputat Tahir Süleymanovun səlahiyyətli nümayəndəsi Etibar Heydərov aksiyaya müdaxilə edib və əraziyə polisiləri çağırıb:
“Mənə deyirlər ki, prezidentin şəklini niyə tutmusan? İstifadə edirsən. Başa düşmürəm, Bayraq Günündə kimin şəklini tutmalı idim? Belə bir gündə prezidentin fotosunu tutmalıyam da. Mən belə tədbiri keçirməyi özümə borc bilirəm”.
Bununla bağlı müğənni əməkdaşımıza video təqdim edib. Video görüntülərində müğənni ilə deputat nümayəndəsi arasında kiçik bir mübahisə yaşandığını, lakin buna baxmayaraq, aksiyasına davam etidirildiyi əks olunub.
Müğənni əməkdaşımıza bildirib ki, insident zamanı bir nəfər saxlanılsa da, sonradan həmin şəxs tez bir zamanda sərbəst buraxılıb.






Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın