Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Elza Seyidcahan: “Əşya qədər hüququmuz olmadı”

Elza Seyidcahan: “Əşya qədər hüququmuz olmadı”

Bəstəkar-müğənni Elza Seyidcahan ötən gün keçirilən parlament seçkilərində qarşılaşdığı saxtakarlıq və qanunsuzluqdan şikayətlənib. 
Bundan öncə 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizəd olan müğənni Elza
Seyidcahan səsvermə zamanı ciddi qanun pozuntuları olduğunu, seçki nəticələrinin saxtalaşdırıldığı barədə prezidentə açıq məktub yollayacağını deyib:
“Belə qanunsuzluq görməmişdim. Seçki dairəsinin bütün məntəqələrini gəzmişəm, lakin exit-pol qruplarının heç birini heç yerdə görmədim. Nə mən, nə mənim 200-dən çox müşahidəçim, nə də kənd adamları. Bunlarin hamısı mediaya buraxılan yalan informasiyalardır. Səsvermənin rəsmi nəticələri məntəqələrə gəlməyib. Protokollardan cəmi 9,10 faizi dairəyə gəlib.
DSK-ya getdik, ordan da bizə heç bir sənəd verilmədi, biz heç bir sənədə imza atmadıq. Dedilər ki, qanunla sizin millət vəkiliniz çoxdan seçilib. Biz sadəcə müqəvva kimi olanları seyr etdik. Əşya qədər hüququmuz olmadı”.
Müğənni bildirdi ki, rayondan çıxarılması üçün ailəsinə təzyiqlər edilir:
“Ailə üzvülərim mənə zəng edib Bakıya geri dönməyimi istəyirlər. Onlara zəng edib hədə-qorxu gəlirlər, ki, rayonu tez bir zamanda tərk edim, əks-təqdirdə təxribat edəcəklər.
Bütün məntəqələrdə mənim müşahidəçilərimə qarşı açıq-aşkar təzyiqlər edildi. Saxta seçki keçirildi. Lakin mən Bakıya millət vəkili kimi dönəcəm. Saxtakarlıqların araşdırılacağına ümid edirəm”.
Qeyd edək ki, ötən gün Milli Məclisə keçirilən V çağırış seçkilərin ilkin nəticələrinə görə, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə lider namizəd 71, 2 faiz səs toplayan Tahir Süleymanovdur.
musavat.com

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın