Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Elşad Abdullayevin bacısı oğlu həbs edildi

Elşad Abdullayevin bacısı oğlu həbs edildi

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru, hazırda Fransada mühacirət həyatı yaşayan Elşad Abdullayevin bacısı oğlu, eyni zamanda onun hüquqlarını müdafiə komitəsinin sədri Azad Mürsəliyev həbs olunub.

“Azadlıq” qəzeti yazır ki, bu haqda Azad Mürsəliyevin oğlu məlumat verib: “Mən Azadın oğluyam. Atam Azad Mürsəliyev İstanbula gedərkən sərhəddə saxlanıldı. Hal-hazırda Qazax Rayon Polis Şöbəsində saxlanılır”.

Azad Mürsəliyev

Qeyd edək ki, bu günlərdə Elşad Abdullayevin qardaşı Elsevər Abdullayev də prokurorluq orqanlarındakı işindən uzaqlaşdırılıb.

Virtualaz.org saytı xatırladır ki, Elşad Abdullayev 2011-ci ildən etibarən KİV-də yüksək rütbəli məmurlar əleyhinə kampaniyaya başlamışdı. Siyasi müşahidəçilər sabiq rektorun bu hücumlarının arxasında MTN-in keçmiş rəhbərliyinin dayana biləcəyini təxmin edirdilər.

Azərbaycanda E.Abdullayev barədə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsi sabiq rektor barədə həbs-qətimkan tədbiri seçilməsinə dair hökm çıxarıb. O isə ölkəni tərk edərək Fransaya qaçıb və bu ölkəyə sığınıb.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın