Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Elnur Aslanov: ”Mən heç yana qaçmamışam”

Elnur Aslanov: ”Mən heç yana qaçmamışam”

Bu gün, avqustun 23-də, ölkə kütləvi informasiya vasitələrinin əksəriyyəti Prezident administrasiyasının keçmiş şöbə müdiri, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin hazırkı məmuru Elnur Aslanovun ölkədən qaçması barədə məlumat vermişdi. Məmurun qaçışını bir çox nəşrlər onun nurçu sekta ilə əlaqələri ilə izah edirdilər.
Virtualaz.org-un əməkdaşı Elnur Aslanovla əlaqə yarada bilib və məlum olub ki, o, Bakıda və məzuniyyətdədir. Elnur Aslanov KİV-də yayılmış yanlış informasiyanı belə şərh edib:
“Yay fəslinin üstünlüklərindən istifadə edərək, qanunla nəzərdə tutulmuş məzuniyyətdəyəm və onu ailəmlə birlikdə keçirirəm. Şübhəsiz ki. məzuniyyət bitən kimi işə çıxacağam. Ayrı-ayrı əli qələm tutanların gümanları həqiqətə uyğun deyil. Yanlış məlumatı yerləşdirmədiyiniz üçün sizin sayta minnətdarlığımı bildirirəm”.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın