Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı

Elmira Axundovadan növbəti qalmaqal: Ukrayna polisi video yaydı

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın adı yenidən avtoşluqda hallandırılır. 

Bu dəfə Elmira Axundovanın adı Kiyevdə yol qaydalarını kobud şəkildə pozmaqda və xidməti avtomobilinin insanların üzərinə sürməkdə çəkilir. 

Belə ki, Ukraynanın Daxili İşlər Nazirliyinə bağlı “Operativ Kiyev” mərkəzi səfir Elmira Axundovanın xidməti avtomobillərindən biri olan “Toyota Land Cruiser”in Kiyevin mərkəzi küçələrində işıqforun qırmızı işığında keçdiyini əks etdirən video-görüntüləri yayıb.

Sözügedən görüntülər Ukrayna mediasının əsas müzakirə mövzusuna çevrilib.

Yayılan görüntülərə görə, Ukrayna mətbuatı Azərbaycanın bu ölkədəki səfirliyinin diplomatlarını “harın padşahlar” adlandırıb. / Demokrat.az

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …