Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Elmira Axundova qazinin ailəsini səfirliyə buraxmadı – Kiyevdə utancverici olay – VİDEO

Elmira Axundova qazinin ailəsini səfirliyə buraxmadı – Kiyevdə utancverici olay – VİDEO

Ukraynada həbsdə saxlanan Vətən Müharibəsi qazisi Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev sentyabrın 5-dən başladıqları aclıq aksiyasını davam etdirirlər.

Bu barədə Bakupost.az -a Misir Qasımlının bacısı Nəzakət Qasımova bildirib.
Onun sözlərinə görə, aclıq aksiyasına başladıqdan sonra Misir Qasımlının vəziyyəti pisləşib.

Qarabağ qazisinin vəkili Anatoli Volkov bildirib ki, dünən istintaq təcridxanasında Misir Qasımlıya iynə vursalar da, orada onun müalicəsi üçün lazım şərait və dərmanlar yoxdur.

Misir Qasımlının bacısı Nəzakət Qasımova və vəkil Anatoli Volkov səhhəti pisləşən qazimizə tibbi yardım edilməsi və məhkəmə prosesində onun müdafiəsinin təşkili ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə müraciət ediblər. Onlar səfirliyin qarşısında xeyli gözləsələr də, nə səfir, nə də səfirliyin işçilərindən heç kim onları qəbul etməyib.

Nəzakət Qasımovun dediyinə görə, Vətən Müharibəsi qazisi Misir Qasımlı bir ildən artıqdır həbsdə olsa da, Azərbaycan hökuməti, eləcə də Azərbaycanın Ukraynadakı səfirliyi bir dəfə də olsun, nə onun ailəsi ilə əlaqə saxlamayıb, nə də özü ilə maraqlanmayıb.

Xatırladaq ki, Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyev Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri irəli sürülsə də, sübut olunmur.

Ona görə də 1 il 2 aydır ki, müvəqqəti təcridxanada saxlanılırlar.

Qeyd edək ki, Misirin hüquqlarını Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor Təşkilatının hüquqşünasları tərəfindən qorunur. Bundan başqa Diaspor sədri Hikmət Cavadov, eləcə də idarə heyətinin üzvləri məhkəmədə rəsmi şəkildə onun azadlığa buraxılması üçün zamin durublar.
Əlavə edək ki, sabah növbəti məhkəmə prosesi keçiriləcək, Obuxov şəhər Məhkəməsində işə baxılacaq.

M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …