Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət /  ELMAR VƏLİYEVDƏN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU

 ELMAR VƏLİYEVDƏN PREZİDENTƏ ŞİKAYƏT OLUNDU

Gəncə sakini İlham Əliyevə məktubunda icra başçısı Elmar Vəliyev və müavinləri barədə nələr yazıb?

Gəncə sakini Nahib Hüseynov şəhid ailəsi olduğunu, bu gün iki azyaşlı övladının təhsili ilə məşğul ola bilmədiyini deyir. Bunun səbəbini isə o, dövlət başçısı Ilham Əliyevə ünvanladığı, surətini “Azadlıq”ın redaksiyasına da göndərdiyi məktubunda açıqlayır:

“Mənim 58 yaşım, əlaçı oxuyan iki məktəbli övladım var. Uzun illərdir ki, şəkər xəstəliyindən və yüksək təzyiqdən əziyyət çəkirəm. Gəncə şəhəri, Dədə Qorqud küçəsindəki 36 saylı binanın yanında şəxsi mülkiyyətim olan mağazam vardı. 17 ildir ki, ailəmi bu mağazadan gələn gəlirlə dolandırırdım. Eşitdiyimə görə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyeva Gəncədə yerləşən 39 saylı məktəbin təmirdən sonra açılışına gələcək. Bunu fürsət bilən icra başçısı Elmar Vəliyev həmin məktəbdən 1 km aralı yerləşən mağazamı guya abadlıq işi adı altında sökmək istədi. Icra başçısı 28.08.15-ci ildə mağazama ağır texnikayla gələrək, onu içindəki avadanlıqlarla birlikdə darmadağın etdi. Icra başçısının niyyəti bu idi ki, yaxşı yerdə yerləşən mağazamı sökdürüb torpağı baha qiymətə başqasına satsın.

Prezident Administrasiyasına və başqa orqanlara dəfələrlə şikayət məktubu və ərizələrlə müraciət etmişəm. Baş Prokurorluq və Gəncə şəhər prokurorluğuna bu barədə müraciət etsəm də, üzləşdiyim qanunsuzluğa görə bugünədək cinayət işi açılmayıb.

Dövlət orqanlarından icra hakimiyyətinə göndərilən cavab məkublarının nəticələri barədə bizə yazılı surətdə məlumat verilməyib. Bununla bağlı icra hakimiyyətinə müraciətim isə nəticəsiz qalıb.

6 oktyabr 2015-ci ildə icra başçısı Elmar Vəliyevin qəbulunda cəmi 3 dəqiqə qala bildik. Icra başçısına qanunsuz sökülmüş mağazanın əvəzi olaraq bizə nə təklif etmələri barədə soruşanda arzuolunmaz vəziyyətlə qarşılaşdıq. Icra başçısının müavini Mikayıl Zeynalov və hüquqşünas Xaqani Əbdüləzimova dedi ki, “bunların mağazasının daş-qumunu hesablayın və verin çıxıb getsinlər”. Etirazımı bildirəndə icra başçısı məni ailəmin yanında təhqir edərək otağından qovdu və məmura yaraşmayan sözlər dedi.

Cənab prezident! Bizim heç bir yerdən gəlirimiz yoxdur. Çox pərişan vəziyyətdəyik. Konstitusiyamızın 29-cu bəndi kobud şəkildə pozulub. Sizdən xahiş edirik, pozulmuş hüquqlarımızın bərpasına kömək edin”.

Həmçinin oxuyun

Ermənistanın balans siyasətində yaşanan ani səhvlərin uzun plandaki fəsadları

Son zamanlarda Ermənistan hakimiyətinin Qərb sevdası və Avro-Atlantik təşkilatlarına üzv olma istəkləri daha çox gündəmə …

Bir cavab yazın