Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Elmar Məmmədyarovdan soruşmaq lazımdır ki, bu vaxta qədər hansı işlə məşğuluydun?

“Elmar Məmmədyarovdan soruşmaq lazımdır ki, bu vaxta qədər hansı işlə məşğuluydun?

“Sərkisyanı bu addımına görə də Azərbaycan xalqı Dağlıq Qarabağı yerlə-yeksan etməlidir”.
Bunu Hafiz Hacıyev Ermənistan prezidenti Serj Sərkisyanın Dağlıq Qarabağın “müstəqilliyinin 25 illliyini” qeyd etmək üçün Xankəndinə etdiyi səfəri şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağın “müstəqilliyinin 25 illliyini” qeyd etmək üçün Xankəndinə gəlib. Mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev aşağıdakıları deyib:
“Ermənistan prezidentinin Xankəndinə səfəri tam təxribatdır və bu səfər Azərbaycan dövlətinə saymamazlıqdır. Serj Sərkisyan bu səfərlə bir daha sübut etdi ki, mən dünyada qəbul edilmiş heç bir qanunları saymıram və Azərbaycana da meydan oxuyuram. Sərkisyan bu addımına görə də Azərbaycan xalqı Dağlıq Qarabağı yerlə-yeksan etməlidir. Çünki torpaq da, ərazi də bizimdir. Onu da qeyd edim ki, Sərkisyanın bu addımı atmasının günahı elə bizdədir. Çünki 25 ildir ki, biz özümüz özümüzü aldada-aldada özümüzə böyük bir tələ qurmuşuq. Artıq düşünməyin zamanı çatıbdır. Bu cür qeyrətsiz yaşamaqdansa, yaşamamaq yaxşıdır. Nəyə görə ermənistanın dığası gəlib bizim torpaqda Dağlıq Qarabağın “müstəqilliyinin 25 illliyini” qeyd etməlidir? Hanı bizim hüquq mühafizə orqanları? Cani Sərkisyan elə Xankəndində həbs edilməli idi. Əgər belə olsaydı, canilər də bilərdilər ki, artıq Azərbaycan öz haqqlarını tələb edir.
Biz artıq boş-boş danışıqlardan əl çəkməliyik. Torpaq bizimdir və torpağın bizim olması da bütün dünya tərəfindən qəbul edilib. Buna görə də istənilən an biz Dağlıq Qarabağda anti-terror əməliyyatı keçirib, öz torpaqlarımızı işğaldan azad edə bilərik. Amma biz bunu etmirik və bəlli olur ki, nəyinsə xatirinə susuruq. Ona görə də mən həmişə deyirəm nə qədər ki, hakimiyyətin daxilində erməni üzvləri var Dağlıq Qarabağ məsələsi heç vaxt həll olunmayacaq. Ermənistanın qatı cinayətkar canisi, (hansı ki, Dağlıq Qarabağ məsələsi üzərində hakimiyyətə gəlib) nə qədər Xocalıda, Qarabağda həmvətənlərimizi öldürdü indi də gəlib Xankəndinə bizə meydan oxuyur. O cani  Sərkisyanın bu gün bizə meydan oxumasının əsas səbəbi də bizim daxilimizdəki ermənilərə arxayın olmasıdır. Bütün bunlara görə biz təcili tədbirlər görməliyik.
Biz heç bir beynəlxalq təşkilatların aldadıcı vədlərinə inanmamalıyıq. Heç vaxt beynəlxaql təşkilatlar gəlib bizə torpaq alıb verməyəcək. Öz torpaqlarımızı özümüz də işqaldan azad etməliyik. Neçə illərdir ATƏT, ATƏT-in Minsk qrupu danışıqlar apara-apara başımızın altına yastıq qoyub, vaxt uzadırlar. Buna görə də biz beynəlxalq təskilatların yalandan hay-küyünə uymamalıyıq. Torpaq bizimdirsə, azad edək. Əgər azad etmiriksə, bir dəfəlik əlimizi qaldıraq ki, biz təslim olmuşuq. Biz nə vaxta qədər Xarici İşlər Nazirliyinin yalançı vədlərinə inanmalıyıq? Xarici siyasət məsələsində oturanların hamısı yalan danışır. Niyə xalqı aldadırlar? Bu günə qədər deyirdilər ki, məsələ həll olunubdur. Hanı həll olunan məsələ? Xarici siyasətimizə baxan insan hələ indi deyir ki, artıq Dağlıq Qarabağın işğaldan azad olunmasının zamanı çatıbdır. Elmar Məmmədyarovdan soruşmaq lazımdır bu vaxta qədər hansı işlə məşğuluydun?
Bizim xarici siyasətimiz nə vaxta qədər bu cür siyasət aparır ermənilər nəyinki Şuşada bütün rayonlarımızda yataqxana kompleklərinin açılışın edəcəklər. Məndə olan məlumata görə hələ ermənilər rayonlarımızda erməni kilsələri tikdirirlər ki, guya necə yüz min il bundan əvvəl bu ərazilər elə ermənilərə məxsus olubdur. Ermənilər belə-belə unutdururlar, bizdə boş-boş vəd verə- verə gedirik. Bizə boş-boş verilən vədlər artıq bəsdir. Ordumuz yenidən öz gücünu göstərməlidir və siyasi iradə ortaya qoyub torpaqlarımızı azad etməliyik. Bu zaman Ermənistan dığası bilər ki, kimin gücü nə qədərdir. Yoxsa heç bir beynəlxalq güc bizə kömək etməyəcək. BMT-nin dörd qətnaməsi var (bir qətnamənin qəbul edilməsində də mən iştirak etmişəm) nə xeyri var? Deməli ikili standartlar var. İkili standartlar varsa, biz özümüz öz problemimizi həll etməliyik. Edə bilmiriksə də, artıq bunu deyək.
Ermənilər nəyinki Şuşada, hətta bir çox rayonlarımızda da yeni yollar çəkillər. Bu da o deməkdir ki, artıq Dağlıq Qarabağı Ermənistana birləşdirilər və yolar açıb komunikasiya sistemlərin bərpa edirlər. Əgər bu bərpa işləri daha da dərinləşsə, bundan sonra bizə çox çətin olacaq öz torpaqlarımız azad etmək. Qanla verilən torpaq, qanla da azad olunmalıdır. Başqa söhbət olmamalıdır. Biz qana qan deyib hücuma keçməliyik. Artqı Xarici İşlər Nazirliyi yalan vədlərinə son qoyulmalıdır. Heç kəs o naziliyin məlumatına inanmamalıdır. Verilən yalan vədlər vətənə xəyanətdir, torpaqların unudulmasıdır. Biz müasir hərbi texnika alıb, ordumuzu gücləndirib torpaqlarımızı azad etməliyik, başqa yolumuz yoxdur”.(pia.az)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın