Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Elmar Məmmədyarov şərt qoydu

Elmar Məmmədyarov şərt qoydu

“Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək”

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Cənub-Cənub əməkdaşlığı üzrə BMT-nin ikinci yüksək səviyyəli konfransının plenar iclasında çıxışı zamanı deyib.

O, Azərbaycanın donor ölkəsinin maraqlı nümunəsi qismində çıxış etdiyini bildirib:

“Biz, ərazilərimizin 20%-nın 20 ildən artıq Ermənistanın hərbi işğalı altında olduğu və bunun nəticəsində 1 milyondan çox insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü bir şəraitdə beynəlxalq yardım göstəririk. Bununla yanaşı, Azərbaycan iqtisadiyyatının bərpa edilməsi, şaxələndirilməsi və müasirləşdirilməsinə nail olmuş, beləliklə yoxsulluq səviyyəsini 49%-dən 5%-ə endirib. Ən vacibi isə, həm qaçqınların, həm də məcburi köçkünlərin cəmiyyətə səmərəli şəkildə inteqrasiyasını həyata keçirməklə, Azərbaycan, Cənub-Cənub əməkdaşlığının mümkün sahələri kimi xidmət edə biləcək insan kapitalını gücləndirməklə, onlara kifayət qədər sığınacaq, sağlamlıq və təhsil xidmətləri, məşğulluqla təmin etməklə geniş təcrübə toplayıb”.

Nazir Azərbaycanın həm də regionda aparıcı iqtisadiyyata malik ölkə olduğunu diqqətə çatdırıb:

“Donor ölkəsi olmaqla yanaşı, Azərbaycan regionda aparıcı iqtisadiyyata malik olan və həmçinin geniş miqyaslı regional layihələrin təşəbbüskarı olan bir ölkədir və Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək”.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …