Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Elmar Məmmədyarov istefa mədəniyyətindən istifadə etməlidir“ – Deputat

“Elmar Məmmədyarov istefa mədəniyyətindən istifadə etməlidir“ – Deputat

“Xarici İşlər Nazirliyi heç bir iradə əks etdirməyən bəyanatlar yayır”.

Bu barədə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı açıqlama verib:

“Mayın 21-də qondarma rejim Dağlıq Qarabağda keçirdikləri seçki şousunun “andiçmə” mərasimini keçirəcək. Son günlər Dağlıq Qarabağ ətrafında ermənilər bir xeyli siyasi işlər görür. ABŞ-da 4 senatın bəyanatı, seçki şousu və s. Xarici İşlər Nazirliyi nə edir? Heç bir ciddi iradə əks etdirməyən bəyanatlar yayır. ABŞ-da 4 senatın bəyanatından sonra XİN ABŞ-ın Azərbaycandakı səfirliyini çağırmalı və ciddi bir nota verməli idi.

1992-ci ildən ATƏT-in MİNSK qrupuna Xarici İşlər Nazirliyinin hansı bir təpkisini görmüsünüz? Heç bir.

Xarici işlər naziri Elmar Məmmədyarov istefa mədəniyyətindən istifadə etməlidir. Bu fəaliyyətlə heç nə əldə etmək olmaz. Mən bir daha Elmar Məmmədyarovu istefa verməyə çağırıram”.   /Baxar.az

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …