Ana səhifə / Siyasət / Eldar Sultanov: “İş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayət işi başlanıb”

Eldar Sultanov: “İş üzrə müvafiq ekspertizalar təyin edilib, cinayət işi başlanıb”

Səbail rayonunda istirahət mərkəzində tikilməkdə olan binada baş verən uçqunla əlaqədar cinayət işi başlanıb.

Bu barədə Azinforum.az Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov açıqlamasında bildirib ki, faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

O, həmçinin qeyd edib ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib, hadisənin baş vermə səbəblərinin və təqsirkar şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın