Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Eldar Sultanov Füzuli xəbərini təkzib elədi: “Polis əməkdaşları tutulmayıb…”

Eldar Sultanov Füzuli xəbərini təkzib elədi: “Polis əməkdaşları tutulmayıb…”

Füzulidə baş verən hadisələrlə bağlı hər hansı polis əməkdaşı tutulmayıb.

Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.

E.Sultanov deyib ki, Füzuli rayon Polis şöbəsinin əməkdaşı Samir Səfərov və Binəqədi rayon Polis İdarəsinin əməkdaşı İlkin İsmayılovun Füzulidə baş verən hadisələrlə əlaqədar tutulması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Xatırladaq ki, apa bir neçə saat əvvəl Füzulidə baş verən hadisələrlə bağlı iki polis əməkdaşı tutulması ilə bağlı məlumat yaymışdı.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın