Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Eldar Sabiroğlunun oğlunun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Eldar Sabiroğlunun oğlunun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb

Rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmənin vaxtı açıqlanıb.
“Report”un xəbərinə görə, Ali Məhkəmədə baş tutacaq iclas iyunun 20-də keçiriləcək.
Kassasiya şikayətinə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəməsində onun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Sonra məhkəmə R.Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı iddiasına baxıb və iddia təmin olunub. R.Səfərov onun barəsində irəli sürülən ittihamla razı olmadığını bildirib. Xatırladaq ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R.Səfərov apellyasiya şikayəti verib.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Şirvan Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın