Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Eldar Sabiroğlu: “İkibaşlı suallarla məni hara dartmaq istəyirlər!?”

Eldar Sabiroğlu: “İkibaşlı suallarla məni hara dartmaq istəyirlər!?”

“YAP-la bağlı adama nə qədər sual verərlər. Bəzi yazarlar inciməsinlər. İkibaşlı suallarla məni hara dartmaq istəyirlər!? Birincisi, gözlədiklərini ala bilməyəcəklər. İkincisi, bir daha bəyan edirəm ki, heç bir iddiam, umacağım yoxdur”.

Bunu Yeni Azərbaycan Partiyasının tanınmış üzvlərindən olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəisi Eldar Sabiroğlu bildirib.

O deyib ki, hazırda da sıravi YAP-çı olaraq qalır və siyasi mənsubiyyətini dəyişmək barədə düşünmür:

“Qurultayın qəbul etdiyi qərarlara gəldikdə isə onu deyə bilərəm ki, partiyanın daha çevik və daha səmərəli fəaliyyəti üçün bu qərarların yeni imkanlar yaradacağına ümid edirəm. Suallarını cavablandırmaqdan imtina etdiyim jurnalist dostlarım bağışlasınlar. Xahiş edərdim məni siyasətə çəkməyin. Ümumiyyətlə isə partiya ilə əlaqədar bundan sonra da hər hansı suala cavab verməyə hazırlaşmıram. Xüsusi ilə əleyhimə işləyəcək sual sahibləri özlərini çox da yormasınlar. Niyyətləri o qədər çılpaqdır ki, onları görməmək mümkün deyil”.

E.Sabiroğlu 1993–2000-cü illərdə YAP İcra katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri olub. Yeni Azərbaycan Partiyasının I qurultayında Siyasi Şurasının üzvü seçilib. I çağırış Milli Məclisin üzvü olub. Modern.az

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …