Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / Eldar Sabiroğlu: “Görünür səhv etmişəm, müxalifətdə olub, sonra iqtidarın tərəfinə keçməliydim”

Eldar Sabiroğlu: “Görünür səhv etmişəm, müxalifətdə olub, sonra iqtidarın tərəfinə keçməliydim”

Sosial şəbəkələrdə Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyevin yeni fotosu yayılıb. Fotodan görünür ki, sabiq nazirin də idarə heyətinin üzvü olduğu “Dədə Qorqud” Milli Fondu Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunu mükafatlandırıb. 

Mükafatın hansı xidmətlərə görə verildiyinə və Səfər Əbiyevin hazırda harada yaşadığına aydınlıq gətirmək üçün laureatın özü ilə söhbət etdik:

– Eldar müəllim, mükafat almanız münasibətilə sizi təbrik edirik.

– Çox sağ olun, minnətdaram.

– Aldığınız mükafat hansı fəaliyyətə görə verilib və bunun Səfər Əbiyevlə nə əlaqəsi var?

– “Dədə Qorqud” Milli Fondunun nəzdində olan “Azərbaycan dünyası” Beynəlxalq Jurnalı məni “Ədalətin qılıncı” beynəlxalq ordeni ilə təltif edib.

Bu ordeni döşümə çox hörmət etdiyim və əsl insan kimi tanıdığım keçmiş müdafiə naziri Səfər Əbiyev və jurnalın baş redaktoru Eldar İsmayılov taxdı. İndi siz istəyirsiniz ki, mən özümü tərifləyim? Səfər Əbiyev Bakıda yaşayır və həmin Fondun idarə heyətinin üzvü olduğu üçün mükafatı mənə o təqdim edib. Mükafat mənə ədalətli ictimai-siyasi fəaliyyətimə görə verilib. Mənim həm də 65 yaşım tamam oldu. Əslində mən belə təltifləri həm də dövlətdən gözləyirdim. Çünki buna haqqım çatır, xidmətlərim olub.

Sosial şəbəkələrdə Azərbaycanın eks-müdafiə naziri Səfər Əbiyevin yeni fotosu yayılıb. Fotodan görünür ki, sabiq nazirin də idarə heyətinin üzvü olduğu “Dədə Qorqud” Milli Fondu Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunu mükafatlandırıb. 

Mükafatın hansı xidmətlərə görə verildiyinə və Səfər Əbiyevin hazırda harada yaşadığına aydınlıq gətirmək üçün laureatın özü ilə söhbət etdik:

– Eldar müəllim, mükafat almanız münasibətilə sizi təbrik edirik.

– Çox sağ olun, minnətdaram.

– Aldığınız mükafat hansı fəaliyyətə görə verilib və bunun Səfər Əbiyevlə nə əlaqəsi var?

– “Dədə Qorqud” Milli Fondunun nəzdində olan “Azərbaycan dünyası” Beynəlxalq Jurnalı məni “Ədalətin qılıncı” beynəlxalq ordeni ilə təltif edib.

Bu ordeni döşümə çox hörmət etdiyim və əsl insan kimi tanıdığım keçmiş müdafiə naziri Səfər Əbiyev və jurnalın baş redaktoru Eldar İsmayılov taxdı. İndi siz istəyirsiniz ki, mən özümü tərifləyim? Səfər Əbiyev Bakıda yaşayır və həmin Fondun idarə heyətinin üzvü olduğu üçün mükafatı mənə o təqdim edib. Mükafat mənə ədalətli ictimai-siyasi fəaliyyətimə görə verilib. Mənim həm də 65 yaşım tamam oldu. Əslində mən belə təltifləri həm də dövlətdən gözləyirdim. Çünki buna haqqım çatır, xidmətlərim olub. Görünür səhv etmişəm, müxalifətdə olub, sonra iqtidarın tərəfinə keçməliydim. Görürəm ki, belələrinə daha çox hörmət qoyurlar. Buna baxmayaraq, mən Heydər Əliyevin əsasını qoyduğu siyasi kursdan bir addım da olsun kənara çıxmadım.

– Sizi həm də doğum gününüz münasibətilə təbrik edirik.

– Minnətdaram, mən də sizə və təmsil olunduğunuz qəzetə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Qeyd edək ki, 2019-cu ildə azərbaycanlı jurnalist Fuad Abbasovu da bu Fond mükafatlandırmışdı. Həmin vaxt da medalı Səfər Əbiyev təqdim etmişdi.

Xatırladaq ki, S.Əbiyev 2013-cü ildə müdafiə naziri vəzifəsindən azad olunub.

Məhəmmədəli QƏRİBLİ

səhv etmişəm, müxalifətdə olub, sonra iqtidarın tərəfinə keçməliydim. Görürəm ki, belələrinə daha çox hörmət qoyurlar. Buna baxmayaraq, mən Heydər Əliyevin əsasını qoyduğu siyasi kursdan bir addım da olsun kənara çıxmadım.

– Sizi həm də doğum gününüz münasibətilə təbrik edirik.

– Minnətdaram, mən də sizə və təmsil olunduğunuz qəzetə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Qeyd edək ki, 2019-cu ildə azərbaycanlı jurnalist Fuad Abbasovu da bu Fond mükafatlandırmışdı. Həmin vaxt da medalı Səfər Əbiyev təqdim etmişdi.

Xatırladaq ki, S.Əbiyev 2013-cü ildə müdafiə naziri vəzifəsindən azad olunub.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …