Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Eldar Mahmudovun həyat yoldaşı istefa verdi

Eldar Mahmudovun həyat yoldaşı istefa verdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) katibi Tahirə Mahmudova işdən ayrılıb.

“ Azinforum.az ” xəbər verir ki, “Report”un yazdığına görə, o, öz ərizəsi ilə işdən çıxıb. T.Mahmudova işdən ayrılmaq istəməsinə səbəb kimi səhhətində yaranmış problemləri göstərib. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov məlumatı təsdiqləyib: “O, ərizə yazaraq öz xahişi ilə işdən azad edilib”.

Qeyd edək ki, Tahirə Mahmudova sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həyat yoldaşıdır.

T.Mahmudova 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsində çalışırdı. O, həm də AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü idi.

 

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …

Bir cavab yazın