Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Eldar Mahmudov nəinki erməni naziri, hətta kolxoz sədrini belə “verbovka” edə bilməyib”

“Eldar Mahmudov nəinki erməni naziri, hətta kolxoz sədrini belə “verbovka” edə bilməyib”

Əyyub Kərimov: “ Hanı Ermənistanla bağlı atılan ciddi addımlar?”
Tanınmış hüquqşünas Əyyub Kərimov Moderator.az -a açıqlamasında sabiq MTN rəhbəri Eldar Mahmudovla bağlı tənqidi fikirlər səsləndirib.
E.Mahmudovun 11 illik rəhbərliyi dövründə MTN-nin milli təhlükəsizliyimizin təmini ilə bağlı lazımi addımlar atmadığını bildirən hüquqşünas, Azərbaycanda geniş agentura şəbəkəsi yaradan sabiq nazirin hər hansı Ermənistan yetkilisini əməkdaşlığa cəlb etmədiyini, belə bir faktın bəlli olmadığını vurğuladı:
“Hazırda E.Mahmudov dönəmində MTN-nin Azərbaycanda çoxlu sayda şəxsi əməkdaşlığa cəlb etməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Yaxşı olar ki, E.Mahmudov desin ki, 11 il nazir olan dövrdə 3 erməni nazirini, 3 kolxoz sədrini əməkdaşlığa cəlb edibmi? Hanı bu faktlar? MTN ermənilərlə bağlı hansı ciddi bir addım ortaya qoydu?  Ora MTN yox, “obexeyes” idi. Yalnız narkotik və digər xətlərlə məşğul idilər ki, məqsəd şəxsi maraqlarını təmin etmək idi”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın