Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Eldar Mahmudov jurnalistə zəng etdi, sonra “eeeee” deyib, dəstəyi asdı…

Eldar Mahmudov jurnalistə zəng etdi, sonra “eeeee” deyib, dəstəyi asdı…

Bir ildən artıqdır ki, ölkə gündəmi Eldar Mahmudovun və onun MTN-dəki mütəşəkkil cinayətkar dəstəsinin əməlləri barəsindədir.
Eldar Mahmudov özü həbs olunmsa da, nazirliyin ali zabit heyətinə daxil olan 20 şəxs barəsində istintaq və məhkəmə prosesi gedir. Ötən bir il ərzində barəsində müxtəlif fikirlər yayılan sabiq nazirin özü isə ortalıqda yoxdur. Kimisi onun ev dustaqlığında saxlandığını, kimisi də sərbəst şəkildə həyatına davam etdiyini bildirir.
2013-cü ildə Eldar Mahmudovun şərinə düşən insan hüquqları fəalı və jurnalist Pərviz Həşimli sabiq MTN rəhbərini tapa bilib. Belə ki, sabiq vicdan məhbusu bu gün səhər saatlarında Eldar Mahmudovla bağlı facebook-da maraqlı bir status paylaşıb.
Pərviz Həşimli yazır:
Davamli zənglərimdən sonra Eldar Mahmudov özü aradı.
“Bagişlayın zəng etmisiz. Kimdir danışan?” deyə soruşdu.
“Şərlədiyiniz Pərviz Həşimlidir, yəqin ki, unutmamısınız” – deyə, ona özümü təqdim etdim.
“eeee” deyərək dəstəyi asdı.
Strateq.az

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …

Bir cavab yazın