Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Eldar Həsənov əfv olunacaq?

Eldar Həsənov əfv olunacaq?

“Sərəncam dərc olunana qədər kimin əfv olunub-olunmayacağı ilə bağlı hər hansı fikir söylənilirsə, bu, mülahizə xarakteri daşıya bilər”.

Bunu Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlməmməd Nuriyev gözlənilən Əfv sərəncamına sabiq baş prokuror Eldar Həsənov, sabiq deputat Hüseyn Abdullayev, Qobustan qapalı həbsxanasında cəza çəkən keçmiş OMON-un Qazax bölməsinin sabiq rəisi Elçin Əmiraslanovun adlarının salınması ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Əfv Komissiyasına daxil olan bütün müraciətlərə baxılması prosedur qaydadır:

“Burada hansı müraciətlərə baxılır, hansı qərarlar verilir, bununla bağlı hər hansı məlumatın verilməsi etik qaydaların pozulması kimi qiymətləndirilir. Bu, şəxsi məlumatlardır. Şəxsi məlumatların qorunması haqqında Azərbaycan Respublikasının qanunu var. Əfv sərəncamı verilməyənə və dərc olunmayana kimi hər hansı bir fikir bilidrmək yalnışlıq və qanunun pozulması kimi qiymətləndirilə bilər. Kimin əfv üçün müraciət etməsini ancaq həmin şəxslərin özləri məlumat verə bilər”.

Ə. Nuriyev bildirib ki, bu günə kimi Əfv Komisiyyasının 7 iclası keçirilib və bütövlükdə 900-dən çox müraciətə baxılıb:

“Bu gün də növbəti iclas olacaq, Komissiyanın iclasları may ayına kimi davam edəcək. Bilirsiniz ki, bu il “Heydər Əliyev ili”dir. Şübhəsiz ki, mərhum Prezidentin 100 illiyi ilə bağlı tədbirlər sırasına Əfv sərəncamının olması da gözlənilir”.

O əlavə edib ki, əfv hüququ Prezidentin müstəsna səlahiyyətləri sırasına daxildir:

“Əfvlə bağlı cəmiyyətdə böyük gözləntilər var. 1995-ci ildən bu günə kimi 68 əfv sərəncamı verilib. Onun 36-sı Prezident İlham Əliyev tərəfindən imzalanıb. Nəticədə 8 987 nəfərdən artıq şəxs cəzadan azad olunub. Nə qədər şəxsin əfv olunması və sərəncama daxil edilməsi Prezidentin qərarı ilə bağlı məsələdir. Çünki son və qəti qərarı Prezident qəbul edir. Əfv Komissiyasında hər bir müraciət diqqətlə araşdırılır”. Qaynarinfo

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …