Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / “Elə dildə danışırlar ki, heç erməni də o dildə danışmır” – Deputat

“Elə dildə danışırlar ki, heç erməni də o dildə danışmır” – Deputat

“Azərbaycan dilində 500 sözü bilən adam jurnalistlik edir”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Aqil Abbas parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Dilçilik İnstitutu mənasız işlərlə məşğuldur:

“Azərbaycan dilinin orfoqrafik qaydalarını pozanları cərimələyin ki, ağılları başlarına gəlsin. Sovet dövründə jurnalistlər orfoqrafik səhv buraxa bilməzdi. Bəzi nazirlərimiz də var ki, danışıqlarına görə cərimə olunsaydı gərək maaşını cərimə ödəməyə verərdi. Çünki elə dildə danışırlar ki, heç erməni də o dildə danışmır”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …